Page 32 - Stiven Kinq
P. 32
ven Kinq
– Sәn geri qayıdıb tәhsilini tamamlamaq istәmirsәn? – Sara
soruşdu.
O gülümsәdi:
– Mәn bu mövzudakı kurs işini tamamlamışam. Dissertasiyaya
gәlincә, bu, hәlә gözlәyәr.
Sara saatına baxdı:
– Daha gecdir. Sabah yenә dә mәktәbә getmәli olacağıq.
– Hә. Hәlә yaxşı ki, bu gün cümә günüdür.
Sara sabah müasir әdәbiyyatdan dәrs keçәcәyi beşinci vә
yeddinci siniflәri xatırlayaraq ah çәkdi. Hәr iki sinifdә әmәlli-
başlı xuliqanlar oxuyurdu.
Adamlarla itәlәşәrәk geriyә, mәrkәzi xiyabanın ortalarına
doğru getdilәr. İnsanlar seyrәlmәyә başlamışdı. Karusel artıq
bağlanırdı. Damaqlarında siqaret tutmuş iki fәhlә “sәhra siçanı”nın
üstünә örtük çәkirdilәr. “Uduncaya qәdәr oyna” attraksionunun
sahibi işıqları söndürürdü.
– Şәnbә günü mәşğulsan? – Conni birdәn-birә karıxmış
halda soruşdu. – Əlbәttә, şәnbәyә az qalıb, amma...
– Bәzi planlarım var, – o, cavab verdi.
– Aydındır.
O, Conninin kәdәrli әhvalına dözә bilmirdi, ona sataşıb
özündәn çıxarmaq әclaflıq olardı:
– Mәn sәninlә mәşğulam.
– Hә?.. Düz deyirsәn? Bura bax, bu, әladır ki! – Onlar gülümsә-
yәrәk baxışdılar. Daxilindәn gәlәn sәs (hәrdәn ona elә gәlirdi ki,
bu sәs başqasına mәxsusdur) birdәn-birә dil açdı: “Sәn bәxtәvәrsәn,
Sara. Xoşbәxtsәn. Sәnә bundan artıq nә lazımdır?”
– Hә, әladır, – o dedi vә barmaqlarının ucuna qalxıb Connini
öpdü. Fikrindәn daşınmamaq üçün özünü tez-tez danışmağa
mәcbur elәdi:
– Bilirsәn, bәzәn Vizidә özünü elә tәnha hiss edirsәn ki...
mәn gecәni... sәninlә keçirmәk istәrdim.
Conni ona elә mehriban, elә hәlim nәzәrlәrlә baxdı ki, onun
bütün varlığı tәlatümә gәldi.
– Sәn, doğrudan, bunu istәyirsәn, Sara?
Sara başını yırğaladı:
– Hә, çox istәyirәm.
32