Page 37 - Stiven Kinq
P. 37
Ölü zona

– Bir gecәyә burada nә qәdәr pul qazanmaq olar?
Yeniyetmәlәrә dörd yaşlı adam da qoşuldu – ikisi qadın,
ikisi kişi idi. Görkәmindәn tikintidә işlәyәn fәhlәyә oxşayan
cüssәli kişi Conninin әvәzinә cavab verdi:
– Beş yüz dollardan yeddi yüz dollara qәdәr.
Sahibin gözlәri yenә dә qıyıldı:
– Kaş ki siz deyәn olaydı...
– Yaxşı, özünü tülkülüyә vurma, – tikinti fәhlәsinә oxşayan
cüssәli kişi dedi, – iyirmi il bundan qabaq belә bir dükanda mәn
dә işlәmişәm. Gecәyә beş yüzdәn yeddi yüzә qәdәr gәliri var,
üstәgәl iki min dә şәnbә günlәri qazanır. Özü dә oyuna heç bir
hiylә qatmadan...
Conni çarxın hәrәkәtini izlәyirdi. Çarx indi çox yavaş
fırlanırdı, belә ki, onun üstündәki ayrı-ayrı rәqәmlәri adi gözlә
görmәk olurdu. Şar birinci zeronu, sonra ikincisini keçdi, yavaş-
yavaş birinci vә ikinci sektorları da ötdü.
– Hәr şeyin azı yaxşıdır, – yeniyetmәlәrdәn biri dedi.
– Gözlә, – Conni qәribә bir tәrzdә dillәndi. Sara ona nәzәr
yetirdi: onun sadә, mehriban sifәtindә sәrt bir ifadә yaranmışdı,
mavi gözlәri sanki öz rәngini dәyişmiş, yadlaşmışdı.
Ox 30-un üstündә dayandı vә yerindә donub qaldı.
– Oyun davam edir, oyun davam edir, – sahib yasa batmış
kimi sәslәndi, Conninin vә Saranın arxasındakı adamlar isә
sevinclә qışqırışdılar. Tikinti fәhlәsinә oxşayan kişi әlini dostyana
Conninin çiyninә elә vurdu ki, o sәndirlәdi. Sahib piştaxtanın
altına әyilib oradakı siqaret qutusundan dörd monet götürdü vә
onları Conninin sәkkiz iyirmibeşliyinin yanına atdı.
– Bәlkә, daha bәsdir? – Sara soruşdu.
– Bir dәfә dә oynayaq, – Conni dedi, – әlim gәtirsә, bu oğ-
lan bizim yarmarka xәrclәrimizi vә sәnin benzin pulunu ödәmәli
olacaq, uduzsam, biz cәmisi yarım dollara yaxın pul itirәcәyik.
– Hey-hey-hey, – sahibin dili açıldı. O, qәfildәn gümrahlaşıb
bülbül kimi ötdü: – Pul qoyun, çәkinmәyin, yaxın gәlin. Bu oyun
maymaqlar üçün deyil. Çarx hәrlәnir-fırlanır, haçan dayanacağını
kimsә bilmir.
Tikinti fәhlәsinә oxşayan kişi – Stiv Bernxardt cüt rәqәmin
üstünә bir dollar qoydu.

37
   32   33   34   35   36   37   38   39   40   41   42