Page 38 - Stiven Kinq
P. 38
ven Kinq

– Bәs sәn, oğlan? – Sahib Connidәn soruşdu. – Pulu hәmin
sektora qoyacaqsan?

– Hә, – Conni cavab verdi.
– Eh, dayı, – yeniyetmәlәrdәn biri dedi, – odla oynayırsınız.
– Yәqin ki, – Conni dedi vә Sara onun üzünә gülümsündü.
Bernxardt Connini başdan-ayağa süzdü vә qәfildәn öz
dollarının yerini dәyişәrәk, onu üçüncü sektora qoydu.
– Hәr şey ola bilәr, – bayaq Conniyә odla oynadığını deyәn
yeniyetmә köks ötürdü.
– Yumurtaların hamısını bir sәbәtә yığmısınız, – sahib dedi, –
fikrinizi dәyişmәk istәmirsiniz ki?
Oyunçular sәbatla susurdular. Oyuna tamaşa elәmәk üçün
iki qara fәhlә dә yaxınlaşdı; artıq Uğur çarxının önündә xeyli
adam toplaşmışdı. Çarxın hәrәkәtini on iki cüt göz izlәyirdi. Sara
gözünü Connidәn çәkә bilmirdi – bu parlaq vә әcaib işıqda onun
sifәti qıza yad görünürdü. O, yenә dә maskanı – Cekili vә Haydı
xatırladı. Yenә dә ürәyi bulandı, bәdәnindә yüngül zәiflik hiss
elәdi. Çarx sürәt topladı vә ahәngli çıqqıltılar eşidildi. Yeniyetmәlәr
sanki çarxı hәvәslәndirmәyә çalışaraq qışqırışmağa başladılar.
– Bir az da, әzizim, – Stiv Bernxardt çarxı dilә tuturdu, – bir
az daha, gözümün işığı.
Çarx hәrlәnib-fırlanıb üçüncü sektora yaxınlaşdı vә 24
rәqәminin üstündә dayandı. Tamaşaçı kütlә coşquyla qışqırışdı.
– Conni, sәn uddun, uddun, – Sara sevincindәn atılıb-dü-
şürdü.
Sahib hirslә dişlәrini qıcıdaraq uduşları ödәdi. Bir dollar
yeniyetmәlәrә, iki dollar Bernxardta vә on iki dollar Conniyә.
İndi Conninin önündә on sәkkiz dollar vardı.
– Oyun davam edir, oyun davam edir, hey-hey-hey! Bir
daha, dostum! Bu gün çarx sәnin tәrәfindәdir.
Conni Saranın üzünә baxdı.
– Özün bilәrsәn, Conni. – Sara birdәn-birә üşәndi.
– Haydı, dayı, – sinәsindә Cimmi Hendriksin şәklini gәzdirәn
yeniyetmә Connini ehtirasa gәtirmәyә çalışırdı, – mәn, bu tipin
necә yolunduğuna baxmaq istәyirәm.
– Yaxşı, – Conni dedi, – sonuncu dәfә.
– Pulunuzu qoyun, hara istәyirsiniz, qoyun.

38
   33   34   35   36   37   38   39   40   41   42   43