Page 36 - Stiven Kinq
P. 36
ven Kinq

– Belә işi heç kәs yarıda buraxmaz. Hey-hey...
– Yenә oynayım? – Conni Saradan soruşdu.
– Niyә dә oynamayasan!
– Oynayın, oynayın, – yeniyetmәlәrdәn biri dedi. Onların gö-
dәkcәlәrinin yaxasına üzәrindә Cimi Hendriksin şәkli olan nişan
sancılmışdı. – Bu tip, bu gün mәni dörd dollarımdan elәyib.
Onun dәrisinin soyulmağına tamaşa elәmәk istәyirәm.
– Onda sәn dә pul qoy, – Conni Saraya dedi vә sütun kimi
qalaqlanmış sikkәlәrdәn birini ona verdi. Kiçik tәrәddüddәn
sonra Sara pulu 21 rәqәminin üstünә qoydu. Qaydalara görә,
ayrıca götürülmüş rәqәmin uduşu birin ona nisbәtindә verilirdi.
– Davam edәcәksәnmi, oğlan?
Conni bir-birinin üstünә qalaqlanmış sәkkiz dәnә iyirmibeşliyә
nәzәr yetirdi vә alnını ovuşdurmağa başladı, sanki başağrısının
yaxınlaşdığını hiss edirdi. Birdәn-birә o, stolun üstündәn
iyirmibeşliklәrin hamısını götürdü vә onları ovcunda sıxaraq
havada oynatdı:
– Yox, xanım üçün fırladın. Mәn tamaşa elәyәcәyәm.
Sara tәәccüblә ona baxdı:
– Sәn nә danışırsan, Conni?
O, çiyinlәrini çәkdi:
– Heç, ürәyimә nәsә damıb.
Qiraәtxana xidmәtçisi gözlәrini qıydı, sanki öz-özünә deyirdi:
“İlahi, bunlar nә axmaq adamlardır”. O, öz çarxını yenidәn
hәrәkәtә gәtirdi. Çarx fırlandı, yavaşıdı vә dayandı. Bu dәfә düz
ikiqat zeronun üstündә.
– Mәnim nömrәmdir, mәnim, – sahib quş kimi ötәrәk,
Saranın iyirmibeşliyini önlüyünün cibinә saldı.
– O düzmü deyir, Conni? – Uduzmağı Saraya yer elәmişdi.
– Zero vә ikiqat zero sahibin uduşudur.
– Öz pullarını stolun üstündәn götürmәkdә sәn zirәk tәrpәndin.
– Elәdir.
– Nә deyirsiniz, yenә fırladım? Yoxsa mәn kofe içmәyә ge-
dirәm. – Sahib soruşdu.
– Fırladın, – Conni dedi vә öz iyirmibeşliklәrini iki yerә
ayırıb, onların hamısını üçüncü sektora qoydu.
Çarx özünün elektrik lampalarından ibarәt qәfәsindә
fırlanmaqdaykәn, Sara gözlәrini çarxdan ayırmadan Connidәn
soruşdu:

36
   31   32   33   34   35   36   37   38   39   40   41