Page 20 - Stiven Kinq
P. 20
ven Kinq
makinaçı qızların xidmәtlәri barәdә, elәcә dә Kanzas, Kaliforniya
vә ya Floridaya özlәrinә yolyoldaşı (maşını növbәylә sürmәk vә
benzinpulunu şәrikli ödәmәk üçün) axtardıqlarını bildirәnlәrin
mәlumatları ilә dolu olurdu. Amma bu gün elanlar lövhәsinә
alovu xatırladan qırmızı fonda yumruq tәsvir olunmuş böyük bir
plakat vurulmuşdu. Plakatın üzәrindә iri hәrflәrlә “Tәtil” yazılmışdı.
1970-ci ilin oktyabrının sonu idi. Conni ikinci mәrtәbәdә, pәncәrәsi
küçәyә açılan mәnzildә yaşayırdı.
O, bu mәnzili “mәnim penthausum” adlandırırdı. Burada o,
әyninә Ramon Novvarosayağı1 smokinq geyib, әlindә su vә ya
şirә bakalı tutaraq, Klivs-Millsin döyünәn böyük ürәyinә, buradakı
kinoteatrdan küçәyә axışan camaata, ora-bura vurnuxan taksilәrә,
neon lampalarına tamaşa elәyә bilirdi.
Klivs-Mills – döngәdә işıqfor (saat altıdan sonra o, sadәcә
sönmәyәn işığa çevrilirdi) qoyulmuş әsas küçәdәn, on beş-iyirmi
mağazadan vә mokasin istehsal edәn kiçik fabrikdәn ibarәt idi.
Men ştatının universiteti yerlәşәn Orono әhatәsindәki әksәr kiçik
şәhәrlәr kimi, Klivs-Mills dә әsasәn tәlәbәlәrin hesabına yaşayır
– onları pivә, çaxır, benzin, rokn-roll, yarımfabrikatlar, narkotiklәr,
baqqaliyyә malları, yaşayış yeri, filmlәr vә sairә ilә tәmin edirdi.
Buradakı kinoteatr “Kölgә” adlanırdı. Dәrs vaxtlarında burada
әsasәn kommersiya mәqsәdi güdmәyәn filmlәr vә 40-cı illәrin
nostalji hisslәr doğuran dava-dalaş filmlәri nümayiş etdirilirdi.
Yay vaxtlarında isә aramsız olaraq, baş rolda Klint İstvudun
çәkildiyi “vestern”lәri göstәrirdilәr.
Conniylә Sara universiteti bir il әvvәl bitirmişdilәr vә hәr
ikisi Klivs-Millsdәki dairә ümumtәhsil sisteminә daxil olmayan
azsaylı mәktәblәrdәn birindә dәrs deyirdilәr. Universitet professurası
vә rәhbәrliyi, elәcә dә tәlәbәlәr Klivsdә mәnzil kirayәlәyirdilәr,
odur ki, şәhәrin büdcәsi heç vaxt korluq çәkmirdi. Orta mәktәb
әn müasir texnikayla tәchiz olunmuşdu. Yerli әhali cәfәng söhbәtlәr
aparan vә müharibә әleyhinә nümayişlәr keçirәn, hәlә üstәlik
şәhәrin işlәrinә qarışan universitet publikasının qarasınca don-
quldansalar da, gözәl professor malikanәlәrinә vә çoxmәnzilli
evlәrә (bu evlәr tәlәbәlәrin Yiyәsiz torpaq vә ya Sarsaq Xiyaban
1Ramon Novvaro – 20-ci illәrin populyar kinoaktyoru
20