Page 14 - Stiven Kinq
P. 14
ven Kinq

kitabını әldә edә bilәrdilәr. Kitaba iyirmi dörd illüstrasiya
çәkilmişdi, onun üz qabığında sahibin öz adını qızıl suyu ilә
yazması üçün yer qoyulmuşdu, arasına isә ad günlәrini, toy vә
dәfn mәrasimlәrinin tarixini qeyd etmәk üçün tәmiz vәrәqlәr
yerlәşdirilmişdi. Bu tәmtәraqlı “Tanrı kәlamı” haradasa iki il
davam gәtirә bilәrdi. Burada, hәmçinin “Amerikanın Haqq Yolu:
kommunist-yәhudi birliyi Birlәşmiş Ştatlar әleyhinә” adlı yumşaq
üzlü kitablar qoyulmuş qutu da vardı. Ucuz makulatura kağızında
çap olunmuş bu kitab, bütövlükdә bütün digәr bibliyalardan daha
çox satılırdı. Bu kitabda, bütün incәliklәriylә, rotşildlәrin,
ruzveltlәrin, qrinblattların Amerika iqtisadiyyatını vә hökumәtini
necә әlә keçirmәlәri barәdә söz açılırdı.

Vaşinqtonda hәlә dә Makkarti dövrünü xatırlayırdılar; Orta
Qәrbdә Co Makkartinin ulduzu hәlә sönmәmişdi. Men ştatından
olan Marqaret Çeyz Smiti isә, onun sәs-küyә sәbәb olmuş “Vicdan
haqqında Deklarasiya”sına görә, “rәzil” adlandırırdılar. Qreqin
kәndli müştәrilәri, kommunizm haqqındakı kitabları hesaba
almasaq, yәhudilәrin dünyanı idarә etmәsi barәdә olan әdәbiyyata
mәxsusi maraq göstәrirdilәr.

Qreq maşını fermer evinә aparan tozlu xiyabana döndәrdi.
Bu ev Ayovanın Eyms şәhәrindәn qәrbә doğru iyirmi mil aralıda
yerlәşirdi. İnsan yaşamayan, tәrk edilmiş evә oxşayırdı – pәrdәlәri
salınmışdı, mal tövlәsinin qapısı kilidliydi, belә baxanda burada
kiminsә yaşayıb-yaşamadığını bilmәk olmurdu. Fermerlәr belәdirlәr
dә – özün fermer olmasan, onları başa düşmәk çәtindir.

Bu deviz düz iki il Qreq Stilsonun dadına çatdı – anasıyla
Oklahomadan Omaka köçdüklәri vaxtadәk. Evlәrә boyaq vurmaqla
varlana bilmәyәcәkdi, ancaq o, heç olmasa, bir müddәt Allah-
peyğәmbәr mәsәlәlәrindәn uzaq olmaq istәyirdi. Bu kiçik
münkirliyә görә tanrı günahından keçәr, yәqin! İndi isә o, yenә
dә öz işi ilә mәşğul olmağa başlamışdı – amma bu dәfә vaiz vә
dini intibah uğrunda mübarizә aparan adam kimi yox; o, әvvәlki
möcüzәvi biznesindәn rahatlıqla ayrılmışdı.

Qreq maşının qapısını açıb ayağını evә aparan yolun tozunun
üstünә qoyan kimi, tövlәnin arxasından hirsli, qulağı kәsilmiş
böyük bir köpәk çıxdı vә qeyzlә hürmәyә başladı.

14
   9   10   11   12   13   14   15   16   17   18   19