Page 350 - Stiven Kinq
P. 350
ven Kinq

1970-ci il, universitetlәrdә tәlәbә iğtişaşları, Nikson hәlә prezident
seçilmәyib, nә cib kalkulyatorları var, nә videomaqnitofonlar.
Heç Bryus Sprinqstin vә pank-rok ansamblları da yoxdur. Bәzәn
isә mәnә elә gәlir ki, hәmin vaxtlar bir addımlıqdadır, әlimi
uzatsam çatar. Belә anlarda sәnin üzünә vә ya boynuna toxunmaq,
sәni başqa bir gәlәcәyә götürmәk istәyirәm. Elә bir gәlәcәyә ki,
orada ağrılar, zülmәt, seçim acıları yoxdur.

Nә isә, hәr kәs gücü çatan işi görür, ancaq bu işi bacardıqca
yaxşı görmәk lazımdır... düzdür, bu, hәmişә alınmır, amma
çalışmalı, sәy göstәrmәliyik. Əzizim, ümid edirәm ki, mәni
hәmişә xoş xatirәlәrlә yad edәcәksәn.

Ən xoş arzularla,
sәni sevәn Conni.

Saranın nәfәsi tutuldu, bәdәni gәrildi vә gözlәri geniş açıldı.
– Conni?
Yox oldu.
Hәr nә idisә – qeyb oldu. O, ayağa qalxdı vә yan-yörәsinә
boylandı – gözlәnildiyi kimi, әtrafda heç kәs yox idi. Amma yox,
budur o, әllәrini şalvarının cibinә qoyub, o qәdәr dә gözәl
olmayan, ancaq yenә dә cazibәdar sifәtinә gülüş qonub, abidәyә,
qәbiristanlıq darvazasının dirәyinә, bәlkә dә, payızın ölәzimәkdә
olan şölәlәrinin qarsadığı ağaca söykәnib durur.
Bu, Conni deyilsә, bәs kimdir? Budur, o, lap yaxınlıqdadır,
bәlkә dә, hәr yerdәdir.
Hәr kәs gücü çatan işi görür, ancaq bu işi bacardıqca yaxşı
görmәk lazımdır... düzdür, bu, hәmişә alınmır, amma çalışmalı,
sәy göstәrmәliyik. Sara, dünyada hәmişәlik itirdiyin heç nә
yoxdur. Elәcә dә, dünyada yenidәn tapa bilmәyәcәyin heç nә
yoxdur.
– Elә hәmişәki kimisәn, Conni, – o, pıçıltıyla dedi vә qәbi-
ristanlığı tәrk etdi. Yolu keçdikdәn sonra dayanıb arxaya baxdı.
Getdikcә güclәnәn isti külәk әsirdi, hәr tәrәf işıq vә kölgә
zolaqlarıyla örtülmüşdü. Ağacların çәtirlәrindә sirli bir xışıltı
vardı.
Sara sükan arxasına keçdi vә maşın sürәtlә uzaqlaşaraq
gözdәn itdi.

350
   345   346   347   348   349   350   351   352   353   354   355