Page 345 - Stiven Kinq
P. 345
Ölü zona

nohurda, buz üstә sürüşәrkәn әzilәn yerdәn çıxıb. Mәn ilk dәfә
mәhz onda gәlәcәyi görmüşdüm. Ancaq indi hәmin öncәgörmәnin
tәfәrrüatlarını xatırlamıram. Avtomobil qәzasından öncә, Estidәki
yarmarkada da belә bir şey olmuşdu. Saradan soruş, o, yәqin ki,
bu hadisәni xatırlayar. Şiş beynimin mәn hәmişә “ölü zona”
adlandırdığım hissәsindә yerlәşir. Görürsәn, hәr şey mәn dediyim
kimi oldu. Acı hәqiqәt bundan ibarәtdir. Tanrı... tale... әmәl...
qismәt... necә adlandırırsan adlandır, bu namәlum qüvvә tarazlığı
bәrpa etmәk üçün öz hökmünü vә iradәsini göstәrir. Mәn, bәlkә
dә, qәza zamanı, yaxud Dәyirmi nohurda yıxılarkәn ölә bilәrdim.
Vә mәn inanıram: görmәli olduğum işi görüb qurtarandan sonra
hәr şeyin tarazlığı bәrpa olunacaq.

Sәni sevirәm, ata. Ən dәhşәtlisi odur ki (mәnim düşdüyüm
vәziyyәtdәn yeganә çıxış yolunun snayperdәn açılan atәş olması
fikri bundan da dәhşәtlidir), hәr şeyi başa düşsәm dә, sәnin üçün
tәkcә qәm-kәdәr yox, hәm dә Stilsonu xeyirxahlıq vә әdalәt
mücәssәmәsi sayan adamların nifrәtini qoyub gedirәm.

Men ştatından olan senator Uilyam Koenin sәdrliyi ilә
“Stilson komitәsi” adlanan qrup tәrәfindәn dinlәnilmiş şahid
ifadәlәrindәn çıxarış. İfadәni komitәnin baş hüquq mәslәhәtçisinin
kömәkçisi Albert Renfryu götürür. Şahid – 26, Harlou Kort,
Banqor, Men ştatı ünvanında yaşayan doktor Veyzakdır.

Tarix – 23 avqust 1979-cu il.
Renfryu: Bir azdan fasilә olacaq, doktor Veyzak, mәn
komitә adından bu uzun, üçsaatlıq söhbәtdә iştirak etdiyiniz
üçün sizә tәşәkkür etmәk istәrdim. Siz hadisәlәrә әhәmiyyәtli
dәrәcәdә aydınlıq gәtirdiniz.
Veyzak: Dәymәz, borcumdur.
R.: Doktor Veyzak, sizә daha bir sualım var. Bu, bәlkә dә,
әn vacib sualdır. Bizi maraqlandıran mәsәlәyә Con Smitin öz
atasına yazdığı mәktubda da toxunulub. Sual belәdir...
V.: Yox.
R.: Bağışlayın, başa düşmәdim.
V.: Siz soruşmaq istәyirsiniz ki, hәmin gün Nyu-Hempşirdә
tәtiyi çәkmәyә Connini şiş vadar etmәyib ki? Elәdir?
R.: Düzünü desәm, mәn, doğrudan da...

345
   340   341   342   343   344   345   346   347   348   349   350