Page 342 - Stiven Kinq
P. 342
ven Kinq
diaqnoz qoymağa risk etmәdiyindәn, doktor Vennә müraciәt
elәmәyi mәslәhәt gördü.
Vennin yanına getmәyә tәlәsmәdim. Beyin hәr kәsin başına
iş aça bilәr, mәn dә yola xәtt çәkәrkәn baş verәn hadisәyә qәdәr
elә düşünürdüm ki, bu, müvәqqәti haldır, hәr şey keçib-gedәcәk.
Görünür, mәn, sadәcә xoşagәlmәz sonluq barәdә düşünmәk istә-
mirmişәm. Yoldakı hadisә mәni qәrar vermәyә vadar etdi. Qorxuya
düşdüyüm üçün hәkimә getdim. Ancaq hәkimә tәk özümә görә
deyil, hamının taleyi üçün narahat olduğuma görә getdim.
Bir sözlә, doktor Vennә müraciәt etdim vә o, mәni müayinә
edәrәk, hәr şeyi açıb danışdı. Mәlum oldu ki, mәnim düşündü-
yümdәn dә az vaxtım qalır, çünki...
Men ştatından olan senator Uilyam Koenin sәdrliyi ilә
“Stilson komitәsi” adlanan qrup tәrәfindәn dinlәnilmiş şahid
ifadәlәrindәn çıxarış. İfadәni komitәnin hüquq mәslәhәtçisi D.Ve-
rayzer götürür. Şahid – 17, Parklend-drayv, Finiks, ştat Arizona.
Tarix – 22 avqust, 1979-cu il.
Verayzer: Müayinәni başa vurub diaqnoz qoyduqdan sonra
siz Con Smitin özünü dәvәt etdinizmi?
Venn: Bәli. Bu çәtin söhbәt oldu. Belә söhbәtlәr asan
keçmir.
V.: Qısaca olaraq söhbәtin nәdәn getdiyini danışa bilәrsinizmi?
Venn: Əlbәttә. Düşünürәm ki, indiki vәziyyәtdә hәkim
sirrini aça bilәrәm. Əvvәlcә Smitә dedim ki, baş verәn hadisә
onda güclü emosional sarsıntı yaradıb. O, mәnimlә razılaşdı.
Onun sağ gözü kapilyarın partlaması sәbәbindәn qıpqırmızı
olmuşdu, baxmayaraq ki, gözündә azacıq yaxşılaşma hiss olunurdu.
İcazә verin, sxem üzrә izah edim... (stenoqramın bir hissәsi
buraxılıb).
V.: Smit buna necә reaksiya verdi?
Venn: O, son stadiya haqqında soruşdu. Bu, onun sözüdür –
“son stadiya”. Demәliyәm ki, ondakı tәmkin vә mәtanәt mәni
heyran qoydu.
V.: Son stadiya deyәndә nәyi nәzәrdә tuturdunuz?
Venn: Necә? Mәncә, bu mәsәlәni kifayәt qәdәr aydın izah
etdim. Con Smitin beyninin әmgәk hissәsindә getdikcә artan şiş
var idi.
342