Page 339 - Stiven Kinq
P. 339
Ölü zona
çәkirәm, hәr halda, saçları xeyli tökülmüşdü. Yәqin ki, on dörd,
uzağı on sәkkiz il sonra baş verәcәk hadisәlәr idi. Bildiyin kimi,
mәnim işim şәrh etmәk yox, sadәcә görmәkdir. Ancaq o vaxt
gözlәrim önündә canlanan mәnzәrәni qәribә mavi çәn-çisәk örtsә
dә, xeyli şey görә bildim. Stilson prezident olsa, onsuz da bәrbad
halda olan beynәlxalq vәziyyәt daha da pislәşәcәk. O, prezident
olsa, әvvәl-axır nüvә müharibәsinә başlayacaq. Düşünürәm ki,
öncә Cәnubi Afrika alovlanacaq. Bir dә düşünürәm ki, bu qanlı
müharibә iki-üç dövlәtin bir-birinә raket zәrbәlәri endirmәsiylә
mәhdudlaşmayacaq – terrorçu qrupları nәzәrә almasaq, müharibәyә
iyirmiyә yaxın ölkә cәlb olunacaq.
Ata, başa düşürәm ki, bu, sayıqlamaya bәnzәyir. Bu, mәnim
özümә dә sayıqlama kimi görünür. Ancaq qәtiyyәn şübhә etmirәm
ki, biz dәhşәtli vә qarşısıalınmaz tәhlükәylә üz-üzәyik.
Nә sәn, nә dә başqaları bilmir ki, mәn Çatsvortların evindәn
restorandakı yanğına görә getmәdim. Yәqin ki, mәn Qreq Stil-
sondan vә öz missiyamdan qaçmağa çalışırdım. Mağarada gizlәn-
miş İliya vә ya balinanın qarnına düşmüş İona kimi. Bilirsәn,
fikirlәşirdim ki, yaşayarıq, görәrik. Yaşayıb görәrik, bu dәhşәtli
perspektivin real әlamәtlәri üzә çıxacaq, yoxsa yox? Keçәn payız
başağrılarım güclәnmәsәydi, bәlkә dә, indiyә kimi gözlәyirdim.
Üstәlik, hәmin vaxt işlәdiyim yol briqadasında bir hadisә oldu.
“Yәqin ki, briqadirimiz Kit Strenq hәmin hadisәnin tәfәrrüatlarını
xatırlayır...”
Men ştatından olan senator Uilyam Koenin sәdrliyi ilә
“Stilson komitәsi” adlanan qrup tәrәfindәn dinlәnilmiş şahid
ifadәlәrindәn çıxarış. İfadәni komitәnin hüquq mәslәhәtçisi D.Ve-
rayzer götürür. Şahid – 1421, Dezert bulvarı, Finiks, Arizona
ştatı ünvanında yaşayan Kit Strenqdir.
Tarix – 17 avqust, 1979-cu il.
Verayzer: Sәhv etmirәmsә, o vaxtlar Con Smit Finiks
şәhәrinin ictimai işlәr idarәsindә çalışırdı.
Strenq: Bәli, ser.
V.: Bu, 1978-ci ilin dekabrın әvvәli idi?
S.: Bәli, ser.
V.: Dekabrın yeddisindә diqqәtinizi çәkәn nәsә oldu? Con
Smitlә bağlı hәr hansı bir hadisә.
S.: Bәli, ser. Əlbәttә, oldu.
339