Page 337 - Stiven Kinq
P. 337
Ölü zona
sәslәri eşidirdi, amma sözlәri ayırd edә bilmirdi. Bu sәslәr get-
gedә ölәziyәrәk vahid, zәrif, ucadan sәslәnәn bir nota çevrilirdi.

O, gözlәrini qıyaraq haçansa, çoxdan çıxdığı dәhlizi gördü.
Plasentadan işıqlı dünyaya çıxırmış kimi. Onda hәlә anası sağ
idi, atası da yanında dayanıb onu sәslәyirdi. İndi isә qayıtmaq
vaxtı idi, vәssalam. Demәli, qayıtmaq lazımdır.

İstәyimә çatdım. Nә yollasa alındı. Başa düşmürәm necә,
ancaq alındı.

Axın onu xromlanmış divarları olan dәhlizә sarı aparırdı.
Bu dәhlizin sonunda nә var, nә yox, o, bunu bilmirdi – bu, vacib
dә deyildi, vaxt özü bu suala cavab verәcәkdi. Zәif sәs kәsildi.
İşıq da ölәziyәrәk dumanlı şәkil aldı. Ancaq o, hәlә mövcud idi –
düşünәn varlıq Conni Smit hәlә yaşayırdı.

“Dәhlizә gir, – o fikirlәşdi. – Ürәkli ol.”
Fikirlәşirdi ki, dәhlizә girsә, artıq yeriyә bilәcәk.

337
   332   333   334   335   336   337   338   339   340   341   342