Page 332 - Stiven Kinq
P. 332
ven Kinq
tüfәngi daha da bәrk sıxırdı. O, hәlә dә öz niyyәtini hәyata keçirә
bilәcәyinә inanmırdı, baxmayaraq ki, bütün hәyatını bu oyuna
qoymuşdu.
On birә beş dәqiqә işlәyir. On dәqiqә. Conni qeyri-ixtiyari
yüngüllüklә vә ani olaraq düşündü ki, yәqin, Stilson gecikir,
bәlkә dә, heç gәlmәyәcәk.
Lakin birdәn qapı açıldı vә gur sәs eşidildi:
– Ey! Hә, Nyu-Hempşir ştatının, Cekson şәhәrinin işlәri
necә gedir?
Sıralarda canlanma yarandı. Kimsә ucadan qışqırdı:
– Qreq! Nә var, nә yox?
– Hәr şey yaxşıdır, – Qreq sәslәndi, – özün necәsәn, tülüngü?
Alqış sәdaları şәn uğultuyla әvәzlәndi.
– Yaxşı, yaxşı görәk, – Qreq sәs-küyü yatıraraq qışqırdı. O,
sәhnәyә doğru gedә-gedә adamların әlini sıxırdı.
Conni blyustradanın yarığından onu müşahidә edirdi. Stilson
cod dәridәn tikilmiş, qoyun dәrisindәn yaxalığı olan ağır palto
geymişdi, başına isә kaska әvәzinә qırmızı qotazlı idman papağı
qoymuşdu. O, keçidin qurtaracağında dayanıb, reportyorları
salamladı. Fotoaparatların şölәsi zalı doldurdu vә yenidәn binanı
lәrzәyә gәtirәn alqışlar sәslәndi...
Vә Conni birdәn-birә fikirlәşdi: ya indi, ya da heç vaxt.
Qәfildәn o vaxt Trimbullda Qreq Stilson haqqında öyrәndiklәri
bütün çılpaqlığıyla yadına düşdü. Onun üzülüb әldәn düşmüş
beynindә küt bir guppultu qopdu – sanki dәhşәtli bir toqquşma baş
vermişdi. Bәlkә dә, bununla tale özünü büruzә vermәyә çalışırdı.
Hәr şeyi tәxirә salmaq olardı, qoy Stilson nә qәdәr istәyir danışsın.
Ən asanı onu sağ buraxmaq, burada başını tutaraq oturub,
toplaşanların çәkilib getmәsini, qarovulçunun gәlib dinamiklәri
yığışdırmasını vә zalı zir-zibildәn tәmizlәmәsini gözlәmәkdir.
Onsuz da gәlәn hәftә başqa bir şәhәrdә yeni görüş olacaq.
Vaxt yetişmişdi – Yer üzündә hәr bir insanın taleyi bu ucqar
mәkanda baş verәcәk hadisәlәrdәn asılı idi.
Beyninin içi yenidәn zoqquldadı... sanki taleyin qütblәri
toqquşmuşdu.
Stilson pillәlәrlә tribunaya qalxırdı. Hamının nәzәrlәri ona
dikilmişdi. Əyinlәrindә yaxasıaçıq palto olan üç nәfәr sәhnәnin
yanında divara söykәnib dayanmışdılar.
332