Page 328 - Stiven Kinq
P. 328
ven Kinq

Conni yarıqdan baxaraq gördü ki, qarovulçu sәhnәdә dayanıb,
әlindәki mikrofonu oynadır. Mikrofonun naqili ilan kimi kiçik
portativ güclәndiriciyә sarı uzanırdı. Qarovulçu pillәlәrlә sәhnәdәn
endi, güclәndiricini götürüb mikrofondan uzaqlaşdırdı vә üst
panelin dәstәyini fırlatdı. Sonra sәhnәyә qayıdıb mikrofonu
yenidәn işә saldı. Mikrofon yenә dә uğultu verdi, ancaq sәs
bayaqkından az idi. Sonra uğultu tamamilә kәsildi. Conni
ovuclarıyla alnını ovuşdurmağa başladı.

Qarovulçu barmağıyla mikrofonu döyәclәdi vә sәslәr boş
zalı doldurdu. Elә bil kimsә tabutun qapağını döyürdü. Dәhşәtli
nәrә dәrәcәsindә güclәndirilmiş hәmin saxta sәs dolu kimi Conni-
nin üstünә töküldü: “SƏN VADİNİ HƏMİŞƏLİK TƏRK
EDİRSƏN...”.

“Yetәr, – Conni qışqırmaq istәdi. Yalvarıram, bәsdir, mәni
dәli elәmә, yetәr, eşidirsәn?”

Mahnı göy gurultusuna bәnzәr bir sonluqla bitdi vә qarovulçu
öz adi sәsiylә dedi: “Bax, dәrsini belә verәrik, lәnәtә gәlmiş”.

O, yenә dә Conninin gözündәn itdi. Çatırtı eşidildi – cırılan
kağız sәsi. Quru çıqqıltı – qırılan ip sәsi. Budur, әlindә bir dәstә
buklet tutmuş qarovulçu yenidәn göründü. O, bukletlәri bir-
birindәn aralı oturacaqların üstünә düzmәyә başladı.

Qarovulçu işini bitirib sırıqlısını düymәlәdi vә zaldan çıxdı.
Qapı onun ardınca şaqqıltıyla örtüldü. Conni saatına baxdı.
Sәkkizә on beş dәqiqә qalırdı. Zal yavaş-yavaş isinirdi. O, oturub
gözlәmәkdәydi. Başı hәlә dә ağrıdan çatlayırdı, ancaq indi o
sanki ağrıya daha dözümlü olmuşdu. “Eybi yoxdur – Conni
düşündü, – tezliklә bu ağrılardan birdәfәlik xilas olacağam”.

Saat doqquz tamamda qapı açıldı vә mürgü döymәkdә olan
Conni o saat gözlәrini açdı. Barmaqları özündәn ixtiyarsız tüfәngi
sıxdı. O, gözlәrini rombşәkilli yarığa zillәdi. Dörd nәfәr idilәr.
Sırıqlısının yaxasını yuxarı qaldırmış qarovulçu da onların
arasındaydı. Qalan üç nәfәr yaxasıaçıq palto geymişdi. Conninin
ürәyi sürәtlә döyünmәyә başladı. Gәlәnlәrdәn biri Sani Elliman
idi; o, saçlarını son dәbdә qısaca kәsdirmişdi, gözlәri isә elә
әvvәlki kimi parıldayırdı.

– Hazırdır? – o soruşdu.
– Yoxlaya bilәrsiniz, – qarovulçu cavab verdi.

328
   323   324   325   326   327   328   329   330   331   332   333