Page 324 - Stiven Kinq
P. 324
ven Kinq
necә keçirmәyi öyrәtdiyini xatırladı: soxulcanlar ağrı bilmir,
Conni... hәr halda, mәnә elә gәlir. Yeni ildә atasının ona – yed-
diyaşlı oğlana qatlanan bıçaq hәdiyyә etmәsi yadına düşdü. Atası
üzünә ciddi ifadә verib demişdi: mәn sәnә inanıram, Conni.
Xatirәlәrin hamısı birdәn onu çulğamışdı.
O, sәhәrin sümüyә işlәyәn soyuğunda addımlayırdı, axşam-
dan yağmış qar ayaqları altında xırçıldayırdı. Ağzından buğ çıxır-
dı. Ay batmışdı, әvәzindә göy üzü saysız-hesabsız ulduzlarla
doluydu. Vera onları Tanrının xәzinәsi adlandırırdı. Conni, sәnin
önündәki Tanrının xәzinәsidir.
Əsas küçәylә irәlilәyәrәk, bir neçә mәhәllәni keçdi vә kiçik
poçt binasının qarşısında dayanıb paltosunun cibindәki mәktubları
çıxartdı. Atasına, Saraya, Sem Veyzaka, Bannermana yazdığı
mәktublar idi. “Diplomat”ı ayaqlarının arasında sıxaraq, sәliqәli
kәrpic tikilinin önündәki poçt qutusunu açdı vә azacıq tәrәddüddәn
sonra onları qutunun yarığına saldı. Mәktublar tappıltıyla qutunun
dibinә dәydi – şübhәsiz, bu gün o, ilk mәktub göndәrәn adam idi –
bu sәs onda hәr şeyә tezliklә xitam verilәcәyi ilә bağlı dumanlı
hisslәr oyatdı. Mәktublar göndәrilib, geriyә yol yoxdur.
“Diplomat”ı tәlәm-tәlәsik götürüb, yoluna davam etdi. Qar
ayaqları altında xırçıldayırdı. Qranit ştatın1 bankının girişi üstün-
dәki böyük termometr mәnfi üçü göstәrirdi, havada bir sәssizlik
vә hәrәkәtsizlik duyulurdu. Belә havalar yalnız Nyu-Hempşirin
bax bu cür şaxtalı sәhәrlәrindә olur. Heç nә qımıldanmır. Yollar
boşdur. Qar kataraktası dayanacaqlardakı avtomobillәrin ön şüşә-
lәrini kor edib. Pәncәrәlәrin qapaqları örtülüdür. Hәr şey Conniyә
çox mәşum vә eyni zamanda az qala müqәddәs görünürdü. Bu
fikirlәri özündәn uzaqlaşdırdı. Hәr halda, müqәddәs iş görmәyә
getmirdi.
O, Casper-striti ötüb-keçdi vә parıltılı qar tәpәciklәri arasında
ağ, zövqlә tikilmiş ictimai mәrkәz binasının önünә gәldi.
Hә, ağıllı, qapı bağlı olsa, neylәyәcәksәn?
Eybi yoxdur, bu maneәni aşmağın yolunu tapar. Conni
әtrafına boylandı – ins-cins gözә dәymirdi. Əlbәttә, bu gün şәhәr
1Qranit ştat – Nyu-Hempşirin xalq arasında adı
324