Page 321 - Stiven Kinq
P. 321
Ölü zona

Sol tәrәfdә elanlar lövhәsi asılmışdı, Conni boş fotoaparatı
bu lövhәyә sarı çevirdi... İlahi, nә üçün o, ikicә dәqiqә dә artıq
sәrf elәyib, plyonka almadı? Lövhә elanlarla dolu idi: konserv-
lәşdirilmiş paxla satışı, mәktәblilәrin qoyduğu tamaşa, itlәrin
qeydiyyatı vә әlbәttә ki, Qreq haqqında bәzi şeylәr. Standart öl-
çülü vәrәqdә yazılmışdı ki, Cekson şәhәr idarәsinin sәdrinә ste-
noqrafçı lazımdır; Conni özünü elә göstәrdi ki, guya elan onda
böyük maraq doğurub, әslindә isә tamam başqa şeylәr haqqında
fikirlәşirdi.

Ceksonda işlәri alınmasa vә ya ortaya başqa problem çıxsa,
gәlәn hәftә Apsonda keçirilәcәk görüş zamanı yenidәn cәhd
etmәk mümkündür. Yaxud iki hәftәdәn sonra Trimbullda. Bu da
alınmasa, heç vaxt...

Ancaq mәsәlә bu hәftә hәll olunmalıdır. Daha dәqiq desәk –
sabah.

O, küncdәki iri sobanın “şәklini çәkib”, yuxarı – eyvana
nәzәr yetirdi. Buna eyvan da demәk olmazdı, bu, daha çox
rombşәkilli vә buruq-buruq açmaları olan ağ rәngli oyma taxta-
larlarla işlәnmiş, sürahisi qurşağa çatan qalereya idi. Hә, bu
sürahinin arxasında gizlәnib, oyuqlardan müşahidә etmәk
mümkündür. Lazımi anda isә ayağa qalxıb...

– Fotoaparatınız hansındandır?
Conni tam әminliklә onun polis olduğunu zәnn edib, arxaya
döndü. İndicә o... içiboş... aparatı ona göstәrmәyi xahiş edәcәk.
Sonra şәxsiyyәt vәsiqәsinә baxmaq istәyәcәk... sonra isә onunla
söhbәti başqa yerdә davam etdirәcәklәr.
Ancaq o, polis deyildi. Bu, sürücülük vәsiqәsi almaq üçün
indicә testdәn keçmiş hәmin gәnc idi. İyirmi iki-iyirmi üç
yaşlarındandaydı, uzunsaçlı, xoş, aydın baxışlı bir cavandı,
әynindә zamşadan tikilmiş pencәk vә sürtülmüş cins şalvar vardı.
– “Nikon”dur, – Conni dedi.
– Əla şeydir. Fotokameralar üçün sinov gedirәm. “Yanki”dә
çoxdan işlәyirsiniz?
– Mәn... e-e.. azad sәnәtkaram, – Conni dedi. – Hәrdәn on-
lar üçün bәzi işlәr görürәm. Bәzәn dә “Kantri cornal” vә “Daun-
ist”in sifarişlәrini yerinә yetirirәm.

321
   316   317   318   319   320   321   322   323   324   325   326