Page 318 - Stiven Kinq
P. 318
ven Kinq
– Öz dost-tanışlarınızı da buraya yönәldin, – O’Donnel dedi.
– Mütlәq.
– Ey, Dik! – Sәrxoş qarılardan biri bağırdı, – nәdir, burada
müştәrilәrә nәzakәtlә xidmәt elәyә bilmirlәr?
– Ay sәnin qarnın cırılsın! – O’Donnell qıpqırmızı oldu.
– Sәnin ..! – Klarissa cavabında hırıldadı.
Conni sakitcә barı tәrk edib, şәhәrin üstünü almaqda olan
borana doğru addımladı.
O, Portsmutda “Holidey İnn” hotelinә düşmüşdü. Axşamtәrәfi
mehmanxanaya qayıdıb portyeyә dedi ki, hesab sәhәrә hazır
olmalıdır.
Nömrәdә köhnә hotel stolunun arxasına әylәşib bir dәst
kağız çıxardı vә qәlәmi әlinә götürdü. Gicgahları ağrıyırdı, amma
o, bir neçә mәktub yazmalıydı. Qәfildәn içini sarmış etiraz – onu
belә adlandırmaq mümkün idisә – yox olmuşdu. Qreq Stilsonla
haqq-hesab çәkmәk istәyi olduğu kimi qalırdı.
Mәn ağlımı itirmişәm, o fikirlәşirdi, buna başqa ad vermәk
olmaz. Dәli olmuşam. Artıq qәzet başlıqlarını da tәsәvvür edirdi:
“EKSTRASENS NYU-HEMPŞİRDƏN OLAN KONQRESMENƏ
ATƏŞ AÇDI. MANYAK STİLSONU ÖLDÜRDÜ. GÜLLƏ
NÜMAYƏNDƏLƏR PALATASININ ÜZVÜNÜN HƏYATINA
SON QOYDU.” “İnsayd vyu” jurnalına gәlincә, o, lap toy-
bayram elәyәcәk: “YALANÇI EKSTRASENS STİLSONU
QƏTLƏ YETİRDİ, 12 TANINMIŞ PSİXİATR SMİTİN NƏ
ÜÇÜN BELƏ İŞ TUTDUĞUNA AYDINLIQ GƏTİRİR.” Sağ
tәrәfdә isә, yәqin ki, Disin köşәsi olacaq, burada o, Conninin
kiçikkalibrli tüfәngi götürüb çağırılmamış qonağı güllәlәyәcәyi
ilә bağlı tәhdidlәrini xatırlayacaq.
Dәli.
Xәstәxanaya olan borcları ödәnilib, ancaq bu hadisәdәn
sonra ona xüsusi hesab açacaqlar vә atası uzun müddәt bu pulları
ödәmәli olacaq. Atası vә onun qadını Conninin bu kәdәrli
şöhrәtinin işığında çox yaşamalı olacaqlar. Nifrәt dolu mәktublar
yazılacaq. Onun tanıdığı adamların hamısı – Çatsvortlar, Sem,
şerif Bannerman istintaqa cәlb olunacaqlar. Sara! Kim bilir,
bәlkә, heç onu çәk-çevirә salmayacaqlar. Prezidentә sui-qәsd
olmayıb ki! Hәr halda, hәlәlik. Burada bu barәdә danışmaqdan
318