Page 322 - Stiven Kinq
P. 322
ven Kinq
– Bәs daha böyük jurnallarla necә, әmәkdaşlıq edirsiniz?
Mәsәlәn, “Pipl”, yaxud “Daunist”lә?
– Yox. Hәr halda, hәlәlik.
– Siz hansı diafraqmanı qoymusunuz?
“Diafraqma! Görәsәn, bu, nә deyәn şeydir?” Conni çiyinlәrini
çәkdi.
– Bilirsiniz, mәn daha çox eşitmә...
– Gözәyarı qoymusunuz? – Gәnc gülümsündü.
– Hә, hә, gözәyarı. – İtil buradan, Allahı sevәrsәn, rәdd ol!
– Mәn dә azad sәnәtkar olmaq arzusundayam, – gәnc adam
qımışaraq dedi, – әn böyük arzum möhtәşәm bir sәhnәni çәkmәkdir,
mәsәlәn, bayrağımızın İvo Cimin1 üzәrinә sancılmasına bәnzәr
bir sәhnәni.
– Eşitdiyimә görә, o sәhnәni әvvәlcәdәn hazırlayıblarmış, –
Conni qeyd etdi.
– Ola bilsin, ola bilsin. Ancaq bu, klassikadır. UNO-nun
Yerә enmәsinin şәklini çәkmәk dә pis olmazdı, deyilmi? Bax bu,
әla olardı. Yeri gәlmişkәn, yanımda fotoşәkillәrlә dolu çantam
var. “Yanki”dә sifarişi sizә kim verir?
Conni şaşırıb qaldı.
– Sözün düzü, onlar mәnә tәzәlikcә müraciәt ediblәr, – o
dedi, sadәcә olaraq, mәn...
– Mister Klouson, yaxın gәlin, – polisin әsәbi sәsi eşidildi, –
cavablarınıza birgә nәzәr yetirәk.
– Oho! Rәis çağırır, – Klouson dedi, – indi gәlirәm.
O, imtahan götürülәn stola doğru tәlәsdi vә Conni dәrindәn
nәfәs aldı. Buradan tәcili çıxıb getmәk lazım idi.
Tәlәsik buranı tәrk etmәsi qaçışa bәnzәmәsin deyә fotoaparatı
bir-iki dәfә dә çıqqıldatdı vә çıxıb getmәyә üz qoydu.
Zamşa pencәk geymiş Klouson Connini yaddan çıxarmışdı.
Deyәsәn, o, tapşırığı yerinә yetirә bilmәmişdi vә indi cidd-cәhdlә
nәyisә polisә başa salmağa çalışır, polissә sadәcә başını yellәyirdi.
Conni vestibüldә bir qәdәr lәngidi. Sol tәrәfdә qarderob
yerlәşirdi. Sağda bağlı qapı vardı. Xidmәti otaqlar vә bayaq
gördüyü qalereya orada yerlәşmәlidir.
1İvo Cim – 1945-ci ildә amerikalılar tәrәfindәn tutulmuş yapon adası – İvodzima
322