Page 319 - Stiven Kinq
P. 319
Ölü zona

qorxanlar çoxdur, mәnsә qoxmuram. Mәn bunu ucadan bәyan
edәcәyәm. Qreq Stilson günlәrin bir günü prezident olacaq.

Conni gicgahlarını ovuşdurdu. Ağrı dalğa-dalğa canına
yayılırdı. Yox, belә olmaz. O, üstdәki varağı özünә sarı çәkdi,
qәlәmi götürüb yazdı: “Əziz ata”. Külәk bir ovuc qarı pәncәrәyә
çırpdı – indicә başlanacaq... Nәhayәt, qәlәm әvvәlcә yavaş-
yavaş, sonra getdikcә sürәtini artıraraq kağızın üzәrindә sürüşmәyә
başladı.

Conni qardan tәmizlәnmiş vә duz sәpilmiş taxta pillәkәnlә
yuxarı qalxdı. İkiqat qapının yanından ötüb vestibülә çıxdı.
Vestibülün divarlarına seçici bülletenlәri vә seçicilәrin bu il
fevralın üçündә Ceksonda, bu divarlar arasında keçirilәcәk
toplantısı barәdә elanlar vurulmuşdu. Elә buradaca Qreq Stilsonun
tezliklә şәhәrә sәfәr edәcәyi barәdә bildiriş vә onun özünün şәkli
yapışdırılmışdı. Şәkildә Stilson kaskanı boynunun ardına
sürüşdürmüşdü, әyri-әyri gülümsәyәrәk, sanki “Onlara yaxşı
divan tutduq, deyilmi, dostum” deyirdi. Zala aparan yaşıl qapının
sağında gözünә qәribә bir lövhә sataşdı, Conni sakitcә bir neçә
saniyә bu lövhәyә tamaşa etdi: “BU GÜN SÜRÜCÜ VƏSİQƏSİ
ÜÇÜN İMTAHAN VERİLİR. SƏNƏDLƏRİNİZİ YADDAN
ÇIXARMAYIN.” Lövhә ağac altlığın üstünә qoyulmuşdu.

O, qapını açdı, burada qoyulmuş böyük sobanın başgicәl-
lәndirici istisini hiss etdi vә stolun arxasında oturmuş polis
nәfәrini gördü. Polisin әynindә yaxasıaçıq, başlıqlı qış idman
gödәkcәsi vardı. Qarşısına kağız-kuğuz, onların yanında isә
görmә qabiliyyәtinin müayinәsi üçün cihaz qoyulmuşdu.

Polis gözlәrini qaldırıb Conniyә baxdı.
– Sizә nә kömәyim dәyә bilәr, ser?
Conni çiynindәn asılmış fotoaparata işarә etdi.
– Heç, elә-belә, buralara göz gәzdirmәk istәdim, – o dedi, –
mәn “Yanki” jurnalındanam. Biz Men, Nyu-Hempşir vә
Vermontdakı ictimai binalar haqqında material hazırlayırıq.
Şәkillәrlә-filanla, özünüz başa düşürsünüz dә.
– İşinizi görün, – polis nәfәri dedi, – “Yanki”ni arvadım
oxuyur. Mәnimsә bu jurnalı әlimә alanda yuxum gәlir.
Conni gülümsündü.
– Yeni İngiltәrәnin arxitekturası çox tutqundur...

319
   314   315   316   317   318   319   320   321   322   323   324