Page 320 - Stiven Kinq
P. 320
ven Kinq

– Tutqundur, – polis Conniyә bir qәdәr şübhәylә baxaraq
tәkrarladı vә yenidәn baxışlarını öz kağızlarına dikdi, – kimin
növbәsidir, gәlsin.

Bir gәnc stola yaxınlaşdı vә әlindәki imtahan vәrәqini polisә
uzatdı. O, vәrәqi götürüb dedi:

– Buyurun, bu gözlüyә baxın vә mәnim sizә göstәrәcәyim
yol nişanlarının, siqnalların adlarını deyin.

Gәnc gözünü deşiyә yaxınlaşdırdı. Polis üzәrindә şәrti
işarәlәr cәdvәli olan lövhәni öz önünә qoydu. Conni bir neçә
addım geriyә çәkilib obyektivi mәrkәzi keçidin sonunda qoyulmuş
tribunaya tuşladı.

– “Dayan” işarәsidir, – arxasındakı gәnc deyirdi, – bu, icazә
işarәsidir... bu, xәbәrdaredici... sağa dönmәk olmaz... sola...

O, burada polisin olacağını güman etmәmişdi. Hәtta
gözaldatması üçün götürdüyü fotoaparata lent almağı yaddan
çıxarmışdı. Ancaq artıq geriyә yol yox idi. Bu gün cümәdir,
sabah, gözlәnilmәz bir hadisә olmasa, Stilson burada olacaq.
Sualları cavablandıracaq vә Cekson şәhәrinin vicdanlı sakinlәrinin
tәkliflәrini dinlәyәcәk. Başının dәstәsi dә olacaq. İki-üç kömәkçi,
iki-üç mәslәhәtçi... sәliqәli kostyum vә idman pencәklәrindә
olan bir neçә gәnc – bir qәdәr әvvәl cins şalvar geyib motosiklet
qovalayan hәmin cavanlar. Qreq Stilson öz cangüdәnlәrinә çox
güvәnirdi. Trimbullda onlar bilyard kiylәri ilә gәrdiş edirdilәr.
Yәqin, indi özlәri ilә tapança götürmüş olarlar. Bir Konqres üzvü
üçün öz qorumalarının silahlanmasına icazә almaq nә çәtin işdir
ki? Conniyә görә, bu, çәtin bir şey deyildi.

Ona yalnız bәxtinin üzünә gülәcәyinә ümid etmәk qalırdı –
әlinә düşәn hәr fürsәtdәn yararlanmağa çalışacaqdı. Binanı gözdәn
keçirib vәziyyәti dәyәrlәndirmәk lazım idi. Stilsonu burada
aradan götürmәli, yoxsa maşın dayanacağında, şüşәsi aşağı
salınmış maşında oturub tüfәngi dizlәrinin arasında hazır saxlayaraq,
onun gәlib çıxmasını gözlәmәli?

Belәliklә, sәn buradasan. Cinayәt törәdәcәyin yeri öyrәnirsәn,
sәndәn on addım aralıda isә polis sürücülük vәsiqәsi üçün imtahan
götürür.

320
   315   316   317   318   319   320   321   322   323   324   325