Page 317 - Stiven Kinq
P. 317
Ölü zona

– Buraya idmanla mәşğul olmağa gәlmisiniz?
– Yox, mәnim ayaqlarım zәdәlidir. Ayaq xizәyi sürә bilmәrәm.
Elә-belә, yolum buradan düşmüşdü. Mәqalәni göstәrdiyinizә
görә sağ olun, çox maraqlı idi, – o, qәzeti sahibinә qaytardı.
O’Donnell qәzeti sәliqәylә digәr kağızların yanına qoydu.
Onun bütün var-dövlәti bunlardan ibarәt idi: bomboş bar, evindә
insanlara hücum çәkmәyә hazır olan iti, bir dә Qreq Stilson.
Onun barına gәlmiş Qreq.
Qәfildәn Conninin ürәyindәn elә bu saniyә ölmәk keçdi.
Əgәr bu istedadı ona Tanrı göndәribsә, demәli, o, tәhlükәli
varlıqdır vә onu dayandırmaq lazımdır. Əgәr Tanrı Qreq Stilsonun
ölümünü istәyirdisә, onu anadan olarkәn öz göbәk bağıyla boğub
öldürә bilmәzdimi? Onu itәlәyib maşının altına sala bilmәzdimi?
Radioqәbuledicini tәnzimlәyәrkәn elektriklә vurmazdımı? Hovuzda
boğub öldürmәzdimi? Nә üçün o, bu çirkli işi Conni Smitә
hәvalә edib? Hә dә, dünyanı xilas etmәk onun borcu deyil. Bu,
ekstrasenslәrin işidir, qoy onlar tәrlәsinlәr. Qәfildәn Conni bu
qәrara gәldi ki, Qreq Stilsonu sağ-salamat buraxsın vә Tanrının
bu işlәklәrinә tüpürsün.
– Conni, yaxşısınız? – O’Donnell narahat oldu.
– Hә-hә, әlbәttә.
– Çox qәribә görünürsünüz.
O, Çak Çatsvortun sözlәrini xatırladı: Mәn onu öldürәrdim.
Əks halda, onun әmәllәri ucbatından hәlak olmuş milyonlarla
insanın ruhu ölüncәyә qәdәr mәni tәqib edәrdi.
– Deyәsәn, xәyala dalmışdım, – Conni dedi, – sizinlә içmәk
xoş idi. Çox sağ olun.
– Siz dә sağ olun, – açıq-aşkar mәmnun qalmış O’Donnell
dedi, – kaş ki sizin kimi adamlar tez-tez gәlәydi. Yoxsa hamı qış
kurortlarına qaçır – sivilizasiya, neylәmәk olar... İsveçrә vә
Kolorado mәnzәrәlәri tәsvir olunmuş plakatlar. Kamin. Musiqili
avtomatda rok-n-roll çaldırmaq bu zir-zibildәn yaxşıdır. Mәn...
bilirsiniz nә işlәr görәrdim!? – Çiyinlәrini çәkәrәk әlavә etdi. –
Başqalarından nәyim pisdir?
– Heç nәyiniz, – Conni stuldan qalxarkәn insanların üstünә
hücum çәkmәyә öyrәdilmiş it vә evinә hansısa sәrsәm bir hippinin
oğru düşmәsini arzulayan bar sahibi haqqında düşünürdü.

317
   312   313   314   315   316   317   318   319   320   321   322