Page 325 - Stiven Kinq
P. 325
Ölü zona
sakinlәri qarşısında prezident çıxış edәcәk olsaydı, hәr şey başqa
cür olardı. Binanı hәlә dünәndәn dövrәlәyәr, içәridәn dә qoruyardılar.
Ancaq Stilson yalnız konqresmen idi, dörd yüz nәfәrdәn biri,
çox da böyük adam sayılmırdı.
Conni pillәlәrlә yuxarı qalxıb qapının dәstәyini basdı. Dәstәk
asanca çevrildi. O, soyuq vestibülә adlayaraq qapını arxasınca
bәrk-bәrk örtdü. Başağrısı qayıdırdı, ağrı sürәtli ürәk döyüntülәrinin
ahәngi ilә beyninә yayılmaqdaydı. O, “diplomat”ı döşәmәnin
üstünә qoyub, barmaqlarıyla gicgahlarını ovuşdurmağa başladı.
Qәfildәn güclü cırıltı eşidildi. Qarderobun qapısı yavaş-
yavaş açıldı vә nәsә, ağ bir şey düz onun üstünә yıxılmağa
başladı.
Conni qışqırmaqdan özünü güclә saxladı. Bir anlığa ona elә
gәldi ki, qorxulu filmlәrdә olduğu kimi, anbarçadan meyit düşür.
Ancaq bu, sadәcә üzәrinә “SƏNƏDLƏRİNİZİ YADDAN ÇIXAR-
MAYIN!” yazılmış lövhә idi.
O, lövhәni öz yerinә qoyaraq, pillәkәnә aparan qapıya doğru
yönәldi.
Qapı bağlı idi. O, küçә fәnәrinin pәncәrәyә düşәn tutqun
süd rәngli işığında kilidi daha yaxşı görmәk üçün aşağı әyildi.
Bu adi, yaylı kilid idi vә Conni fikirlәşdi ki, onu paltarasan
qarmağı ilә dә açmaq olar. Qarderobdan paltarasan gәtirib, onun
qarmağını qapıyla çәrçivә arasındakı ensiz yarığa saldı. Qarmağı
kilidin üstünә gәtirәrәk, onu aşağı-yuxarı oynatmağa başladı.
Gicgahları bәrk-bәrk vururdu.
Nәhayәt, o, kilidin dilciyini sıxa bildi vә qapı çıqqıltıyla
açıldı. “Diplomat”ı götürüb içәri girdi. Qapını arxasınca örtdü,
kilidin çıqqıldayaraq yenidәn bağlandığını eşitdi. O, ayaqları
altında cır-cır cırıldayan ensiz pillәkәnlә yuxarı qalxmağa başladı.
Yuxarıda hәr iki tәrәfindә qapı olan kiçik dәhliz gördü. O,
ŞƏHƏR İDARƏSİNİN SƏDRİNİN vә İDARƏ ÜZVLƏRİNİN,
VERGİ MÜFƏTTİŞİNİN, İMKANSIZLARIN QƏYYUMUNUN
otaqlarını, KİŞİ vә QADIN TUALETLƏRİNİ arxada qoydu.
Dәhlizin sonunda lövhәsiz bir qapı vardı. Qapı bağlı deyildi.
O, bu qapıdan girib qalereyaya çıxdı; aşağıda qәribә kölgәlәrlә
dolu zal yerlәşirdi. Qapını öz arxasınca örtdü vә boş zalda sәsin
hay-küylә әks-sәda verdiyini eşidib diksindi. Əvvәlcә sağ tәrәfә
getdi, sonra sola buruldu: onun hәr addımı belәcә gurultulu әks-
325