Page 329 - Stiven Kinq
P. 329
Ölü zona
– Xәtrinә dәymәsin, qoca, – ikinci adam dedi. Onlar ön sı-
ralara doğru getdilәr. Onlardan biri yoxlamaq üçün çıqqıltıyla
güclәndiricini yandırıb-söndürdü.
– Elә bil imperatoru qarşılamağa hazırlaşırıq, – qarovulçu
donquldandı.
– Elәdir ki var, – üçüncü adam sәslәndi. Onun sәsi Conniyә
tanış gәlirdi, yәqin, bu sәsi Trimbulldakı mitinqdә eşitmişdi. –
Yaşlı adamsan, gәrәk bu cür adi şeylәri başa düşәsәn.
– Yuxarını yoxlamısan? – Elliman qarovulçudan soruşdu.
Conninin damarlarında qanı dondu.
– Pillәkәnә aparan qapı bağlıdır, – qarovulçu cavab verdi, –
hәmişәki kimi. Öz әlimlә yoxlamışam.
Conni xәyalәn öz-özünә bağlanan qapı qıfılına minnәtdarlıq
elәdi.
– Yoxlamaq lazım idi, – Elliman dedi.
Qarovulçu özünü saxlaya bilmәyib ufuldadı.
– Əşi, sizә nә olub axı? – o dedi, – kimdәn qorxursunuz?
Ruhlardan?
– Narahat olma, Sani, – sәsi Conniyә tanış gәlәn adam
söhbәtә qarışdı, – orada heç kәs yoxdur. Yaxşısı budur, hәlә vaxt
varkәn, gedәk tindәki kafedә bir-iki qurtum qәhvә içәk.
– Sәn ona qәhvә deyirsәn? – Sani dedi. – Onlar qәhvә yox,
yaxantı verirlәr. Haydı, Muçi, qaç yuxarı, bax gör hәr şey
qaydasındadır? Biz qaydalara riayәt etmәliyik.
Conni dodaqlarını yalayaraq, tüfәngi bәrk-bәrk sıxdı. Tәlәsik
qalereyanı başdan-başa gözdәn keçirdi. Qalereya sağ tәrәfdәn
divara dirәnirdi, sol tәrәfdәn isә xidmәti otaqlara aparırdı. Hansı
tәrәfә qaçsın? Qaçmağın yeri deyildi. O qımıldanan kimi duyuq
düşәcәkdilәr. Boş zal sәsgüclәndirici kimi bir şeydir. O, tәlәyә
düşmüşdü. Aşağıdan addım sәslәri eşidildi. Pillәkәnә aparan qapı
açılıb-örtüldü. Yerindәcә donub-qalmış Conni aciz-aciz öz
aqibәtinin necә olacağını düşünürdü.
Aşağıda qalan iki nәfәrlә qarovulçu nә barәdәsә danışırdılar,
ancaq Conni onların sözlәrindәn heç nә başa düşmürdü. O, başını
robot kimi yavaş-yavaş döndәrdi; gözlәrini qalereyanın o başına
dikib, Sani Ellimanın Muçi adlandırdığı adamın haçan peyda
olacağını gözlәmәyә başladı. Onu görәn kimi Muçinin darıxan
329