Page 326 - Stiven Kinq
P. 326
ven Kinq

sәdayla müşayiәt olunurdu. Tәxminәn iyirmi beş fut hündürlükdә,
qalereyanın sağ divarı boyunca irәlilәyәrәk, Stilsonun beş saat
sonra çıxış edәcәyi sәhnәnin düz qәnşәrindә sobanın üstünә
çıxdı.

O, türklәrsayağı döşәmәyә oturub, nәfәsini dәrdi. Başağrısını
sakitlәşdirmәk üçün bir neçә dәfә dәrindәn nәfәs aldı. Peç çox-
dandır ki, yandırılmırdı. Conni hiss edirdi ki, soyuq onun sümük-
lәrinә işlәyir, bütün vücuduna hopur. Bu sanki yaxınlaşmaqda
olan mәzar soyuqluğuna işarәydi.

Bir qәdәr özünә gәlәn kimi “diplomat”ın qıfılının düymәsini
basdı. İkiqat çıqqıltı, bayaq onun addım sәslәri kimi әks-sәda
doğurdu; ancaq indi bu sәs tüfәngin çaxmağının ayağa çәkilmәsini
xatırladırdı.

Amerikasayağı haqq-hesab, Conni nәdәnsә düşündü. Andlılar
mәhkәmәsi öz oynaşını güllәlәmiş Klodin Lonqenin günahını
tәsdiqlәyәrkәn prokuror belә demişdi. O, Amerika әdalәt mәhkә-
mәsinin nә demәk olduğunu indi başa düşürdü.

Conni “diplomat”a nәzәr saldı vә çaşqınlıqla gözlәrini
döydü – gözlәri hәr şeyi iki görürdü. Sonra bu hal keçib-getdi.
Qәfildәn gözlәri önündә uzaq keçmişdәn bir mәnzәrә canlandı;
bu, sepiyayla çәkilmiş köhnә fotoya bәnzәyirdi. Qalereyada
kişilәr toplaşıb siqar çәkirlәr, toplantının başlamasını gözlәyәrәk
bir-birinә lәtifә danışırlar. Bu, neçәnci ildir? 1920-ci? 1902-ci?
Bütün bunlar, nәsә әcaib tәsir bağışlayırdı – o, özünü yaxşı hiss
etmirdi. Kişilәrdәn biri viskinin bahalaşmasından danışır vә
gümüş diştәmizlәyәnlә burnunu eşir.

(İki il öncә isә o, öz arvadını zәhәrlәyib)
Conni soyuqdan büzüşdü. Şәkil elә dә maraqlı deyildi. Kişi
çoxdan hәyatla vidalaşmışdı.
“Diplomat”dan çıxarılan tüfәngin lülәsi parıldadı.
Müharibәdә buna görә mükafat verirlәr, ani olaraq fikrindәn
keçdi. O, tüfәngi yığmağa başladı. Hәr çıqqıltı çaxmağın ayağa
çәkilmәsini xatırladan qısa vә heybәtli әks-sәda doğururdu.
“Reminqton”u beş patronla doldurdu.
Tüfәngi dizinin üstünә qoydu.
Vә gözlәmәyә başladı.
Hava yavaş-yavaş işıqlaşırdı. Conni huşa getmişdi, ancaq,
doğrudan da, yatmaq üçün çox soyuq idi. O, qısa, tez-tez kәsilәn
yuxular görürdü.

326
   321   322   323   324   325   326   327   328   329   330   331