Page 335 - Stiven Kinq
P. 335
Ölü zona
Stilson bәdәninә görә çox yüngül hәrәkәt edirdi. Conninin
bayaq gördüyü qarasaçlı qadın çıxışın önündә dayanmışdı; o, öz
uşağını bәrk-bәrk sinәsinә sıxaraq, onu qorumağa çalışırdı. Bir
saniyә sonra Stilsonun elәdiyi hәrәkәt Connini çaş-baş saldı –
hәtta az qala tüfәngi әlindәn salacaqdı. Stilson uşağı anasının
әlindәn çәkib aldı vә onu özünә sipәr edәrәk, qalereyaya sarı
çevrildi. İndi nişangahda Stilson deyil, (tüstü, mavi tüstü, sarı
zolaqlar, pәlәng zolaqları) açıq-sarı zolaqları olan idman kom-
binezonu geydirilmiş balaca, qıvrılan fiqur idi.
Tәәccübdәn Conninin ağzı açıla qaldı. Bәli, bu, Stilson idi.
Pәlәng. Amma indi o, tüstü-dumana bürünmüşdü.
– Bu nә demәkdir? – Conni qışqırmaq istәdi, ancaq sәsi çıx-
madı.
Uşağın anası qulaqbatırıcı sәslә çığırırdı – Conni nә vaxtsa
bu sәsi eşitmişdi. Tommi! Onu mәnә ver! Onu mәnә ver, yaramaz!
Conninin başı şişib partlamaq dәrәcәsinә gәlmişdi. Ətrafda
rәnglәr soluxmağa başlamışdı. Yeganә rәngli lәkә nişangahdaydı,
tüfәngin lülәsi isә düz bu lәkәyә – mavi kombinezonun sinәsinә
tuşlanmışdı.
Tez ol, Allah xәtrinә, yoxsa qaçıb aradan çıxacaq...
Bu an onun gözlәrinә qaranlıq çökdü, ya nәsә – mavi kom-
binezon hissәlәrә ayrılmağa, onun gözünü tutmağa başladı, sarı
zolaqlar isә yayılaraq, әtrafdakı hәr şeyi uddu (tüstü-duman
arxasında, hә, tüstü-duman arxasında, amma axı bu nә demәkdir?
Bu, o demәkdirmi ki, o, artıq әlçatmaz yerdәdir? Bütün bunlar
nәyi ifadә edir?).
Haradasa aşağıda alov dili göründü vә o dәqiqә dә yox
oldu. “Blits”, ani olaraq, Conninin dumanlanmış beynindәn keçdi.
Stilson qadını itәlәyәrәk daldalı qapıya doğru çәkilmәyә
başladı, onun qıyılmış gözlәrindә yalnız böyük ehtiyatlılıq ifadәsi
vardı. O, qıvrılıb-açılan uşağın ayağından vә boynundan bәrk-
bәrk tutmuşdu.
Bacarmaram, Tanrım, keç günahımdan, bunu elәyә bilmәrәm.
Ona daha iki güllә dәydi – güllәlәrdәn biri sinәsindәn
dәyәrәk onu divara çırpdı, divar isә sıxılmış yay kimi onu geriyә
atdı. Digәr güllә qabırğasının altından girib onun bәdәnini
yanpörtü sürahiyә doğru çevirdi. O, dumanlı şәkildә tüfәngi
335