Page 346 - Stiven Kinq
P. 346
ven Kinq
V.: Cavab verirәm: yox. Conni Smit ömrünün son günlәrinә
qәdәr ağıllı, şüurlu adam olaraq qalırdı. Onun öz atasına, elәcә
dә Sara Hezlitә yazdığı mәktublar da bunu tәsdiqlәyir. Doğrudur,
o, hәmkarım doktor Vennin dediyi kimi, lәnәtlәnmiş kimi idi,
hәtta mәn deyәrdim ki, taleyin hökmüylә dözülmәz әzab-әziyyәt
içәrisindә yaşayırdı. Ancaq o, nә dәli, nә dә ki, kәllәdaxili
tәzyiqin pozulması nәticәsindә yaranan qarayaxa ideyalardan
әziyyәt çәkәn adam deyildi.
R.: Ancaq razılaşın ki, “Texas snayperi” kimi ad çıxarmış
Çarlz Uitmenin dә...
V.: Beynindә şiş var idi? Hә, var idi. Bir neçә il bundan
qabaq Floridada tәyyarә qәzası törәtmiş Şәrqi Hava Yollarının
pilotunun da beynindә şiş var idi. Ancaq nә bu, nә dә digәr halda
heç kәs beyin şişini sәbәb kimi göstәrmәdi. Mәn sizә pis ad
çıxarmış mәşhur şәxsiyyәtlәrin adlarını çәkә bilәrәm – mәsәlәn,
Riçard Spek1, yaxud üzdәniraq “Semin oğlu”2 vә ya Adolf Hitler, –
onların heç birinin beynindә şiş yox idi, buna baxmayaraq, onlar
qatil idilәr. Elә Conninin ifşa etdiyi kasl-roklu cinayәtkar Frenk
Doddu götürәk. Komitә Conninin hәrәkәtini qeyri-tәbii saya
bilәr, ancaq bu, ağlı başında olan adamın hәrәkәti olub. O, yәqin
ki, әzablı tәrәddüdlәr keçirirdi... amma ağlı başındaydı.
...әn әsası isә, sәnin bilmәyini istәyirәm: bu addımın arxasında
uzun vә әzablı düşüncәlәr dayanır. Əgәr bәşәriyyәt, hәr şeyi
aydınlaşdırmaq üçün әlavә dörd il, iki il, ya da heç olmasa,
sәkkiz ay udmuş olsa, demәli, bunu etmәyә dәyәr. Bu yol qüsur-
ludur, ancaq ola bilsin ki, bu, yeganә doğru yoldur. Bunu bilmirәm.
İstәnilәn halda daha Hamlet rolunu oynamaq fikrim yoxdur. Mәn
Stilsonun nә dәrәcәdә tәhlükәli adam olduğunu çox yaxşı bilirәm.
Sәni çox sevirәm, ata. Mәnә inan.
Sәnin oğlun, Conni!
Men ştatından olan senator Uilyam Koenin sәdrliyi ilә
“Stilson komitәsi” adlanan qrup tәrәfindәn dinlәnilmiş şahid
ifadәlәrindәn çıxarış. İfadәni komitәnin baş hüquq mәslәhәtçisinin
kömәkçisi Albert Renfryu götürür. Şahid – Blekstrep-roud, Cekson,
Nyu-Hempşir ştatı ünvanında yaşayan Stüart Klousondur.
1Riçard Spek – Çikaqoda tibb bacılarını qәtlә yetirәn cani
2Semin oğlu – 1976-cı ildә Nyu-York әhalisini terror edәn qatil-manyak Devid Berkovits
özünü belә adlandırırdı.
346