Page 96 - pryaxin
P. 96
rgi Pryaxin

kәndin mәrkәzinә köçdü – illәr uzunu topladığı pulla mәktәbin
yanındakı evi aldı. Burada, necә deyәrlәr, hәyat sәviyyәsi nisbәtәn
yüksәk idi, evlәrә elektrik xәtti çәkilmişdi. Köhnә ev isә yavaş-
yavaş uçulub-tökülmәyә başladı, yararsız hala düşdü: onu heç
kim almaq istәmәdi.

Atalığım Vasili Stepanoviç Kolodyajnı ilә birlikdә köhnә evi
sökmәk qәrarına gәldik. Başqa sözlә, taxtadan düzәldilmiş nә
varsa, hamısını söküb tәzә evә apardıq. Çatı tiri, çәrçivәlәr, ta-
van-döşәmә… bunları sökәndәn sonra ev birdәn-birә sanki
büzüşdü, ölgünlәşdi – elә bil skeletlә birgә ruhunu da çıxarmışdılar.
Nәhәng, qoca tut ağacını әvvәlcәdәn kәsmişdik. Ağır vaxtlar idi,
üstәlik, qış da çox sәrt keçirdi. Qara inәyi yemlәmәk vә ocaq
qalamaq üçün hazırladığımız saman tayasını bir yerdә qәrar tut-
mayan, nadinc qardaşım yandırdı. Yaxşı ki, özünә xәtәr yetirmә-
mişdi. Onda atalığım hәbsxanadan yenicә qayıtmışdı – әvvәlki
qanuni arvadlarına aliment ödәmәkdәn boyun qaçırdığına görә
tez-tez hәbsә düşürdü. Gәlәn kimi qollarını çirmәlәdi, özünü
xilaskar kimi aparırdı. İkidәstәli mişar vә baltayla silahlandıq.
Atalığım zirәk, diribaş kişi idi, hәbs düşәrgәlәrindә o qәdәr meşә
qırmışdı ki, әmәlli-başlı püxtәlәşmişdi – mişarı ustalıqla, bircә
әli ilә işlәdirdi. Mәnsә mişarın dәstәyindәn ikiәlli yapışmışdım,
atalığım hәr dәfә mişarı özünә sarı çәkәndә özümü güclә tarazlayır,
yıxılmamaq üçün bütün gücümü toplamalı olurdum. Bütün qışı
tut ağacının qol-budağını yandırdıq, yoğun kötüyü yarmağa
ehtiyac qalmadı. Onsuz da bu düyünlü, nataraz kötüyü nә pazla,
nә dә baltayla parçalamaq mümkün deyildi. Bunun üçün fövqәladә
tәdbirlәr görmәk lazım gәlәcәkdi.

Tut ağacının tünd qara meyvәsi seneqallı qızın öpülmüş
dodaqlarını xatırladır, amma ocaqda yanan yaş odunun “göz
yaşları” dumduru idi vә nәdәnsә araq iyi verirdi. Biz evi tәrk
edib gedәndәn sonra digәr ağaclar vә gilәmeyvә kolları öz-özünә
mәhv oldu. Yәqin ki, insanların nәsli kәsildikdәn sonra itlәr dә,
belәcә, yox olacaqlar. Qarağaclara dәymәdik. Heyfimiz gәldi.
Özü dә qarağacları adi mişarla kәsmәk mümkün deyildi, onları
kәsmәk üçün “Drujba”dan istifadә etmәliydin. Onda da, yәqin
ki, ağacdan әtrafa qığılcımlar sәpilәrdi. Ev yavaş-yavaş uçub-

96
   91   92   93   94   95   96   97   98   99   100   101