Page 92 - pryaxin
P. 92
rgi Pryaxin

Bütün bunları xaç anama danışa bilәrdim, lakin iki şeyi ona
başa sala bilmәyәcәkdim: birincisi, müftә içki mәclisini yarımçıq
necә tәrk etmәk olar? Tutalım, xaç anam bu mәsәlәdә haqlıdır,
onun yerinә kim olsa, belә düşünәr. Amma ikinci mәqamı izah
edәndә әmәlli-başlı ilişә bilәrdim.

“Doğrudanmı Kremldә verilәn konyak mәnim çәkdiyim
konyakdan yaxşıdır?” – xaç anam üzüm gilәsinә oxşayan gözlәrini
qıyıb soruşacaq. Onda nә cavab verәcәyәm, özüm dә bilmirәm.
Ümumiyyәtlә, bu suala nә cavab vermәk olar? On sәkkiz yaşım
tamam olandan bu yana, onunla bütün görüşlәrim eyni şәkildә
bitir. Xaç anam evdәkilәrin hamısını (lap balacalardan savayı:
onları çox sevir) çölә çıxarır – onsuz da onlarla bir evdә yox,
sadәcә bir hәyәtdә yaşayır; sonra taxtın altını eşәlәyib, iki dәnә
“yeddiyüzlük” çıxarır. Yәqin, başa düşürsünüz ki, bunlar nә
әsginasdır, nә dә bomba. Amma onları asanca әsginasa çevirmәk
olar – söhbәt yeddi yüz qramlıq araq şüşәlәrindәn gedir. Bu, xaç
anamın tәkbaşına – primusu hesaba almasaq – istehsal etdiyi (o
elә bilir ki, spirtli içkilәr hәlә dә dövlәt monopoliyasındadır, ona
görә dә araqçәkәn aparatı hindә saxlayır) “konyak”dır. Әla içkidir,
çünki kibrit çәkәn kimi alışır. Xaç anamın dediyinә görә, bu,
“marka” göstәricisidir. Qarı “konyak”ın reseptini gizli saxlayır,
amma bәzi sirlәrini mәnә açıb. Bir dәfә “konyak”ın rәngindәn
danışarkәn dedi:

– Palıd qabığından istifadә elәyirәm.
– Bizim Nikolada palıd ağacı bitmir axı... – tәәccüblәndim.
– Heç nә hiss etmirsәn? – qarı gözünü qıyıb soruşdu.
– Nә hiss etmәliyәm ki?
– Nәsә doğma qoxu-filan?
– Doğma qoxu?
Әlbәttә, alkoqollu içkilәrin, xüsusәn dә çәkmә arağın iyi rus
mujikinә doğma gәlir, amma bu hiylәgәr, kәlәkbaz, mehriban
qarının dediyi qәdәr dә yox!
– De görәk… – sәbrim tükәnmәyә başladı.
– Sәnin qarağacını deyirәm dә, – xaç anam pıçıltıya keçdi, –
hәyәtindә bitәn qarağacı. Palıddan da yaxşıdır…

92
   87   88   89   90   91   92   93   94   95   96   97