Page 88 - pryaxin
P. 88
rgi Pryaxin

– Burada ölәcәyәm, – onun bu istәyinә qarşı çıxmaq mümkün
deyildi.

Qarı hәr dәfә mәni israrla, RSDFP-nın Minskdәki ev-muzeyini
xatırladan daxalına dәvәt edәndә hiss edirdim ki, burada nәsә
başqa mәtlәblәr dә var. Mәncә, dünyasını dәyişәn dayımın bәzi
qәribәliklәri qohumu Nüsyaya keçmişdi. Ona elә gәlirdi ki, ocaq
sәkisindәn “Zorka” adlı yabının yox, tarixin özünün qoxusu
gәlir. Yabıdan söz düşmüşkәn, kәndlilәrin az qala yarısı köhnә
vedrәlәrini götürüb, qarabaqara Zorkanı izlәyirdi, xüsusәn dә
Pasxaöncәsi – belә ki, onlar üçün beton maşınını әvәzlәyәn at
çölә rahat çıxa bilmirdi.

Nüsya daha çox mәnә yox, mәnim bәxt ulduzuma inanır.
Deyәsәn, qarının beyni dumanlanıb, artıq ona elә gәlir ki, mәni
Nastya yox, onun rus sobası dünyaya gәtirib. Bir azca yanıb-
qaraldığını nәzәrә almasaq, pis piroq alınmayıb!

Bir neçә il bundan qabaq tirajlı “Krestyanka” jurnalında
kiçik bir hekayәm çap olunmuşdu. Onda xaç anam nisbәtәn
qıvraq qadın idi, abunә yazıldığı jurnalları son sәhifәsinәcәn ox-
uyurdu. O, hekayәm çap olunan jurnalı götürüb bütün kәndi
dolaşmış, sonra tәntәnәli şәkildә kәnd kitabxanasına tәhvil
vermişdi: qoy görsünlәr ki, kәndli rus qadını koppuş fransızlardan
heç nәylә geri qalmır. Mәn “Novıy mir” jurnalında da çap ol-
unurdum, amma bu jurnal kәndә gedib-çıxmırdı, şükür Allaha, o
vaxtlar kәnd hәlә köhnә dünyada yaşayırdı. Amma “Krestyanka”
rәqs edәn Karmensayağı “Broudi qәsri” ilә birgә, bütün Nikola
kәndinin oxuyan evlәrini dolaşırdı. Bu da, әlbәttә ki, Nüsyanın
ürәyindәn idi.

Xaç anam, bәlkә dә, ölümsüzdür – onun hәyatını gәlәcәk
nәsillәr üçün qәlәmә alacağım vaxtlaracan yaşamaq fikrindәdir.
Az qala kor olmuş gözlәri yol çәkir, gözlәyir, görsün nә vaxt
şöhrәtim dünyaya yayılacaq. Gözlәyir. Bütün Sovet İttifaqından
tökülüb-gәlәn ziyarәtçilәrә öz sobasını nümayiş etdirmәk istәyir,
bundan azına razı deyil. Ürәyindәn keçir ki, onun sınıq-salxaq
daxmasının üzәrinә qalaydan tökülmüş lövhә vursunlar: “Filan-
filankәs burada doğulub…”

88
   83   84   85   86   87   88   89   90   91   92   93