Page 86 - pryaxin
P. 86
rgi Pryaxin

şәxsi kapitalı vә bütövlükdә kapitalizmi qorusunlar. Çünki artıq
әsgәrliyә aparmağa adam qalmayıb). Amma onun böyük qardaşı
Mitka, doğrudan da, daxili qoşunlarda xidmәt etmişdi: Krasnoyarsk
vilayәtindә, “Yenisey hәbsxanaları”nın mühafizә dәstәsindә.
Bütün bunlar da Vaskanın başına gәlmişdi, Mitkanın yox. Amma
Mitka mәndәn çox böyük idi, qaşları bir-birinә bitişmiş bu
qaşqabaqlı adamdan sadәcә çәkinirdim. Dәlisov, güclü, qabağından
yemәyәn Vaskanı isә ürәkdәn sevirdim. Ona görә dә әlli ikinci –
әlli üçüncü illәrdә baş vermiş hadisәlәri qarışdırıb, xaç anamın
evindәki görüşü dayımın adına çıxmışdım. Onda mәn özüm hәlә
anamın dizinin üstündәn düşmürdüm.

– Ondan yazmadın, küsdürdün Vaskanı, – Vaskanın dәfnindәn
sonra xaç anam Nüsya mәnә belә dedi.

Xaç anam qohumlarımın arasında yeganә adamdır ki,
yazdıqlarımın hamısını oxuyur. İndinin özündә dә, baxmayaraq
ki, sәksәn beş yaşı var, gözlәrinin rәngi soluxub, qoca dişi qurdun
gözlәrinә bәnzәyir, televizorda prezidentdәn savayı, heç kәsi
tanımır, yenә oxumağından qalmır. Әvvәlki prezidentlәr kimi,
indiki dövlәt başçısını da, cavan olmasına baxmayaraq, yalnız
“Brejnev” adlandırır.

– Brejnevi göstәrirlәr? – öz otağından sәslәnir.
– Hә, – nәticәsi cavab verir.
– Onda gәlirәm…
Hıqqana-hıqqana çarpayıdan düşür: indi onun işi-gücü yalnız
axşamlar “Brejnev”ә baxmaqdan ibarәtdir.
“Ondan yazmadın” – mәzәmmәti, danlağı bununla bitir.
Mәnim xaç anam işin mahiyyәtini inkar etmir. O, ümumiyyәtlә,
özünü çox nәzakәtli aparır, yәqin, gözlәyir ki, haçansa onun
haqqında da geniş, epik әsәr yazacağam. Hәr dәfә gәlәndә
görürәm ki, demәk olar, yeriyә bilmәyәn qarı öz evinin qarşısındakı
skamyada oturaraq, tut ağacından düzәldilmiş әsasını kәlә-kötür
barmaqlarıyla sıxıb nә barәdәsә düşünür. Heç vaxt gәlişimi
әvvәlcәdәn xәbәr vermirdim, çünki yalançı çıxmaqdan qorxurdum:
axı Moskva adamı çәtinliklә buraxır, illah da vәtәnә – yaşlanmaqda
olan xanımlar kimi, qısqanc şәhәrdir. Amma yaşda Moskvadan
cәmi on dәfә kiçik olan xaç anam, görünür, paytaxtla simsiz

86
   81   82   83   84   85   86   87   88   89   90   91