Page 83 - pryaxin
P. 83
Xəzər yuxuları
özü dә Kubada böyük-böyük işlәrlә mәşğul olmuşam – fövqәladә
vә sәlahiyyәtli sәfir-filan kimi. Lazım gәlsә, fövqәladә vә
sәlahiyyәtlilәrin arxasınca maşınlar okeanın üstündәn dә keçib-
gedәr.
– Bacım oğlu… Kubadan gәlib… Axşam bizә gәl, qeyd
edәk…
Bir tәrәfdәn dә axşam ziyafәti üçün yemәk-içmәk alıb
“Volqa”nın baqajına doldururdu. Dost-tanış isә fövqәladә vә
sәlahiyyәtli bacıoğluya elә hörmәtlә baxırdı ki…
Yadımdadır, әlli birinci ildә, gәlişinin ertәsi günü dünәnki
günahını yumaq üçün dayım mәnimlә yarış tәşkil etdi – yolun o
tәrәfinә vә geriyә qaçaraq, bir-birimizi ötüb-keçmәyә çalışırdıq.
Yolun o tәrәfindә kiminsә böyük daxmasının xarabalıqları gözә
dәyirdi – otuz üçüncü ildә aclıqdan dünyasını dәyişmiş insanların
evi idi. Dayım, özü dә istәmәdәn, arabir mәni ötüb-keçirdi,
amma inciyib-küsmürdüm: onu çoxdan bağışlamışdım. Dayımın
tapançasını әlimdә oynatdıqca, özümü göyün yeddinci qatında
hiss edirdim – mәn çox şeydәn mәhrum idim: atadan,
velosipeddәn… amma indi çoxlarında olmayan bir әşyam vardı.
Heyif ki, piston kasetlәri tez qurtardı. Bizim kәnd mağazasında
isә belә şeylәr satılmırdı. Amma pistonsuz olsa da, tapança
görәnlәri vahimәyә salırdı. Xüsusilә dә toyuqlar tapançanın
onlara tuşlandığını görәn kimi qaçıb әtrafa dağılışırdı. Görünür,
düz bir ay bizim kәnddә qalıb ev quşlarının, demәk olar, hamısını
güllәbaran edәn almanlar yaddan çıxmamışdı. Dayım doxsan
birinci ildә dünyasını dәyişdi, böyük bacısından otuz il sonra.
Son nәfәsindә dә gözlәriylә mәni axtarırdı, baxmayaraq ki, onu
әn yaxşı Moskva klinikalarında xәrçәng xәstәliyindәn xilas edә
bilmәmişdim.
– Necәsәn, nә var, nә yox? – noyabrın doqquzunda dayıma
zәng elәdim. O, bir vaxtlar gәzib-dolaşdığımız hәmin әyalәt
bazarının yerlәşdiyi rayon mәrkәzindәki xәstәxanada hәrәkәtsiz
uzanmışdı. Telefonun dәstәyini onun qulağına tutmuşdular.
– Belә dә, – çәtinliklә, ağır-ağır nәfәs alan dayım cavab
verdi, – artıq yalnız sәni düşünürәm…
83