Page 85 - pryaxin
P. 85
Xəzər yuxuları

“Onları…” deyәrkәn anamın kimi nәzәrdә tutduğunu bilmәyә
nә vardı ki? Onlar dәrsindәn iki almış uşaqlar kimi boyunlarını
büküb çarpayının yanında dayanmışdılar.

Doğma dayım vә anam mәnim barәmdә necә dә fәrqli şeylәr
düşünürdülәr! İkisi dә әn ağır vaxtlarında özlәrini fikirlәşmirdilәr.
Bir sözlә, tәkcә ilk “әsәrimdә” yox, bütün sonrakı kitablarımda
da, qohumlarımı başa düşmәyә, hәrәkәtlәrini izah etmәyә
çalışmışam. Bütün kitablarımda onların obrazına rast gәlmәk
olar. Ona görә yox ki, çoxdurlar, dağa-daşa düşüb prototip
axtarmaq lazım gәlmir, ona görә ki, onların hәyatını tәsvir
edәrkәn tәxәyyülün gücünә ehtiyac olmur. Mәsәlәn, unudulmaz
Sergey dayıdan yazarkәn, tәxәyyülә nә ehtiyac var? Sadәcә baxıb
yazmaq lazımdır, vәssalam. Üstәlik, qohumlarım fağır, dilsiz-
ağızsız adamlardır: nә sәnә pamfletlә cavab verәcәklәr, nә dә
yumruqlarını işә salıb ağıllandırmağa çalışacaqlar. Axı onların
içәrisindә yeganә yazıçı mәnәm, hәr ehtimala qarşı, dözürlәr,
xәtrimә dәymirlәr: kim bilir, bәlkә, vaxt gәlәcәk, böyük yazıçı
olacağam. Әllinci illәrin әvvәllәrindә dayılarımdan biri daxili
qoşunlarda xidmәt edirdi. Bir dәfә “hәbsxanadan qaçış”ın qabağını
aldığına görә ona mәzuniyyәt vermişdilәr. Bu münasibәtlә evdә
yemәk-içmәk mәclisi qurulmuşdu. Bunu mәn vә onun doğma
bacısı – mәnim xaç anam çox yaxşı xatırlayırıq: tәsirlәnib
ağlayanlar, mahnı oxuyub tәsirlәnәnlәr bir-birinә qarışmışdı. Bu
sәhnәni sonrakı yazılarımdan birindә tәsvir etdim. Yalnız bundan
sonra, daha doğrusu, altmış iki yaşında xәrçәng xәstәliyindәn
dünyasını dәyişәndәn sonra mәlum oldu ki, dayım Vasili –
mәndәn cәmi yeddi-sәkkiz yaş böyük olardı, odur ki, hamı kimi
mәn dә ona “Vaska” deyirdim – daxili qoşunlarda-filanda xidmәt
etmәyibmiş. Nәhәng “K-700”(“Qara akula”abreviaturasına
bәnzәyir) traktorunun sürücüsü kimi düz iki dәfә Ümumittifaq
Xalq Nailiyyәtlәri sәrgisindә sovxozumuzu tәmsil etmişdi. Bәlkә
dә, bundan yazsam, daha yerinә düşәrdi. Nә isә… Әllinci illәrdә
o, heç yerdә xidmәt elәyә bilmәzdi – onda mәnim dörd yaşım
vardı, onun da, uzaqbaşı, on bir-on iki yaşı. On iki yaşlıları bizdә
әsgәrliyә aparmırlar axı (Amma, belә getsә, aparacaqlar: onları
vağzallardan toplayıb, birbaşa kazarmalara dolduracaqlar – qoy

85
   80   81   82   83   84   85   86   87   88   89   90