Page 90 - pryaxin
P. 90
rgi Pryaxin
mayaraq, xәyallara qapılmağı xoşlayıram. Ola bilsin, bu, bizdә
irsikeçmәdir vә belә şeylәrdәn xilas olmaq asan mәsәlә deyil.
Amma bunları qarıya necә deyәsәn?
– Brejnevin işlәri necә gedir?
Xәbәri yoxdur ki, “brejnevlәr”lә mәnimki çoxdan tutmur,
onların çevrәsinә yaxın düşә bilmirәm. Bugünlәrdә bir mәclisdә
hәmin “seçilmiş” insanlardan birini gördüm – әtrafında bir hay-
küy, bir vurnuxma-çaxnaşma vardı ki, gәl görәsәn. Adama elә
gәlirdi, Kreml sarayının tağları altında tropik qasırğa tüğyan
edir. Sözsüz, ona yaxınlaşa bilmәdim – neylәmәk olar, Tanrı
mәnә itәlәşmәk, irәli soxulmaq qabiliyyәti vermәyib. Amma
qılıncının dalı da, qabağı da kәsәn bu adamlar işdәn çıxandan
sonra fağırlaşır, әtrafa göz gәzdirib, dünәnә kimi ona dostluqdan,
qardaşlıqdan dәm vuran “sirdaşların” birdәn-birә yox olduğunu
görür vә tәәccübdәn gözlәri bәrәlir – bax mәnim kimilәr yalnız
bu halda onlara yaxın düşә bilәr. Vәzifәli, ötkәm vaxtlarında
zirehdәlәn patronu xatırladan adamlar – elementar hissәciklәr
(özlәrini çox mürәkkәb, eyni zamanda zәrif vә әhәmiyyәtli varlıq
saysalar da) dayanmadan onların üzәrinә şığıyır, nәsә qoparmaq
üçün dәridәn-qabıqdan çıxırlar. Vәzifә, pul, imkan sahibi bunların
üzünә baxıb gülümsәyәndә dә xoşbәxt olurlar. Amma adam
işindәn-gücündәn olandan sonra yalnız entomoloji maraq doğura
bilәr: adәtәn onlara yaxınlaşıb başdan-ayağa süzür vә mәmnun-
mәmnun qımışırlar: “hm, nәyimiz sәndәn әskikdir…”
Özüm Kremldә işlәdiyim vaxtlarda qәbullara, demәk olar,
getmirdim, dәvәtnamәlәr stolumun üstündә qalaqlanırdı. Qәbullara
getmәyi vaxt itkisi sayırdım: dostlarla yeyib-içmәk bundan min
dәfә yaxşıdır. Üstәlik, mәnә elә gәlirdi ki, Kremldә hәlә çox
qalacağam, ona görә dә tәlәsmәyә ehtiyac yoxdur. Heyif, uzun
çәkmәdi. Günlәrin bir günü, gözlәnilmәdәn kәndirim kәsildi,
qırmızı kәrpicdәn tikilmiş Kreml divarlarının bu tәrәfindә qaldım.
Sakit limanı tәrk edib tәlatümlü dәnizin dalğaları arasında
vurnuxan gәmi kimiydim. Özümü kömәksiz, lazımsız adam kimi
hiss edirdim. Bir gün yenidәn işә çağırdılar – deyәsәn, kimisә
yola salmışdılar. Әl-ayağa düşdüm, dәrhal qalstukumu taxıb,
dediklәri yerә gәldim. Bir az burada dolaşıb, әtrafa göz gәzdirdim –
90