Page 95 - pryaxin
P. 95
Xəzər yuxuları

sallanırdı. Biz onları nәdәnsә “dәm çiçәyi” adlandırırdıq – ola
bilsin, xaç anam ona görә mehrini bu ağaclara salmışdı… Böyü-
yәndәn sonra başa düşdüm ki, bizim qarağaclar hәlә çox cavandır.
Bu yaxınlarda Çuy vadisindә yaşlı qarağaclar gördüm: bu ağacların
altında dayananda, göy üzünü görmәk olmurdu. Mәnә dedilәr ki,
qarağaclar – tәrsinә çevrilmiş bitkidir. Onların kökü o qәdәr
dәrinә işlәyir ki, baş-ayaq çevirsәn, adi halda olduğundan çox
böyük görünәr. Belә çıxır, qarağaclar yarıyuxulu uşaqlar kimi
yerlә göyü qarışıq sala bilәr.

Buna tәәccüblәnmәk lazım deyil – bizim yerlәrdә su yerin
lap dәrin qatlarındadır. Başqa yerlәrdә nefti daha asan çıxarmaq
olur. Bir artezian quyusu var, o da quru dәrәdә yerlәşir. İki dizel
motoru qızıl qiymәtinә olan suyu, hardansa, Amerika tәrәflәrdәn
çәkib gәtirirdi. Bizim daxma tәpәnin әtәyindә yerlәşdiyi üçün,
ola bilsin, hәyәtimizdәki qarağacların kökü torpaqdan su yox,
neft әmir – bәlkә, onların yarpağı ona görә yalnız qar düşәndәn
sonra tökülür? Bizim tәrәflәrdә qar yalnız dekabrın sonlarında
yağmağa başlayır: demәli, qarağacı hәmişәyaşıl bitki hesab etmәk
olar.

Tәәssüf ki, әbәdi yox – hәmişәyaşıl! Bu barәdә bir az sonra
danışacağıq.

Möhkәmliyinә görә bizim qarağac Asiya qarağacından geri
qalmır. Ona mismar çalmaq mümkün deyil. Dәmir parçasıyla
ağacın gövdәsini döyәclәyәndә, hökumәt xәbәrlәrini ötürәn
teleqraf dirәyi kimi uğultulu, qorxunc sәslәr çıxarır. Ağacların
hamısı liflәrdәn ibarәtdir, amma bizim qarağacın liflәri ard-arda,
sәliqәylә düzülmәyib – onlar mumlu sap, çәkmә ipi kimi eşmә-
eşmәdir. Özü dә tünd-xurmayı, şabalıdı rәngdәdir, sanki neftlә
“zәhәrlәnib.” Ağacın gövdәsi isә başdan-başa qırışlarla örtülüb,
buğum-buğum, enli zirehi xatırladır.

Tәsәvvür edirsinizmi, bu ağacın qabığından “istifadә etmәklә”
necә sәrt konyak çәkmәk olar? Belә konyak adamın isti baxışla-
rından da alışıb-yana bilәr. Bir şey müәmmalı idi: görәsәn, bu
çәlimsiz qarı qarağacın qabığını necә qoparırdı?

Hәmin ev çoxdan uçulub-dağılıb. Tәәssüf, evin bu vәziyyәtә
düşmәsindә mәnim dә günahım var. Ömrünün sonunda anam

95
   90   91   92   93   94   95   96   97   98   99   100