Page 100 - pryaxin
P. 100
rgi Pryaxin

da öz qohum-әqrәbasını kәnarda tutur, heyvan sürülәrindәn vә
mәtbәxdәn yaxına buraxmır, әlinin altında başqa dindәn olanları
saxlayırdı) – yeni dünyanın bu ikonasına baxıb xaç çevirirdilәr.
Bәzi şüursuzlar isә gözdәn oğurlanıb sol çiyinlәri üzәrindәn
tüpürürdülәr: mәndәn iraq! Kim fikirlәşә bilәrdi ki, dinindәn
asılı olmayaraq, tezliklә hamı üzünü kapota sarı çevirәcәk. Әn
çox da mömin müsәlman qardaşlarımız: indi әn böyük, әn bahalı
maşınları idarә edәn mәhz onlardır.

Musa hәlә özünә “posıltorq”dan1 sürücü sifariş etmәmişdi.
Odur ki, maşını sınaqdan çıxarmaq Musanın böyük malikanәsinin
texnikinә – “lokomobil” adlanan taxıldöyәn aqreqatın (hәr halda,
o da maşındır) maşinistinә hәvalә olundu! “Deyәsәn, o, ulu
babamın atası olub!” – Nәnәmin bacısı fәxrlә danışırdı. Nәnәmin
bacısı bu әhvalatı öz nәnәsindәn, o da, yәqin ki, başqa birindәn
eşitmişdi. Belәcә, dibsiz quyudan çıxarılan duru su vedrәsi әldәn-
әlә keçәrәk, bu günlәrә gәlib çatmışdı – bu sudan mәnim payıma
da düşmüşdü. Dodağımı yaşlamaq üçün kifayәt edirdi. Üst-başı
hisli-paslı motorçu birtәhәr kabrioletin (demәli, tabutun üstü açıq
imiş) sükanı arxasına keçib qazı basdı. Cürbәcür avaragorlar
(hәr şeylә maraqlanan kәndlilәr vә onların ayaqları arasından
boylanan kiçik ev heyvanları: qoyun, dana, qaz, firәngtoyuğu,
toyuqlar nәzәrdә tutulur), qorxudan pәrәn-pәrәn düşdülәr. Avtomobil
motorunun dәhşәtli gurultusu, tüstü borusunun pulemyot atәşinә
bәnzәyәn partıltıları kәndarası yolda görünmәmiş hadisәydi. Öz
kabinetinin çatma tağlı pәncәrәsindәn boylanan knyazlardan biri
yerindә donub-qaldı, pәncәrәnin önündәki әtirşah dibçәyi birdәn-
birә aşağıya yuvarlandı: necә deyәrlәr, “әsәblәri dözmәdi.”

Kәnd camaatı (kәnd elә belә dә adlanırdı – “Hacı Musa”)
әvvәlcә vahimәyә düşüb yerindәn götürüldü, amma sonra maraqla
maşının arxasınca qaçmağa başladı. Sürücü durmadan dövrә vu-
rurdu. Sonradan mәlum oldu ki, motorçunun әlindәn hәr şey
gәlirmiş, bircә şeydәn başqa – maşını saxlamağı bacarmırmış.
Mәslәhәtçilәr hәyatlarını riskә atıb, maşının arxasınca düşmüşdülәr.
Amma hamıdan çox çığır-bağır salan irili-xırdalı itlәr idi: dinc
vaxtlarda knyazın heyvan sürülәrini qoruyan nәhәng erkәklәrdәn

1Posıltorq – əhaliyə poçtla xidmət göstərən ticarət müəssisəsi

100
   95   96   97   98   99   100   101   102   103   104   105