Page 101 - pryaxin
P. 101
Xəzər yuxuları

tutmuş, gәlinin kiçik levretkasına qәdәr. Levretka әslindә ona
tәhkim olunmuş kәndlinin әlindә olsa da, bütün bәdәnini hәrәkәt
etdirir, az qala qadın sәsi ilә sürücüyә nәyisә başa salmağa
çalışırdı. Nәhayәt, sürücü maşını xırmana, öz iş yeri tәrәfә
yönәltdi – bәlkә, özünün iri, cürbәcür çarxları görünәn maşınından
mәslәhәt almaq istәyirdi? – çünki әtrafda başqa texnika gözә
dәymirdi. Buxarla işlәyәn taxıldöyәn maşın ümidlәri doğrultdu,
daha doğrusu, sürücünün dadına çatdı. Nәhәng, bir neçә tonluq
cansız әşya olsa da, görünür, qәlbi-ruhu var, adamın halına acıya
bilir. Yaxınlıqda bir saman tayası vardı. İrәli şütüyәn avtomobil,
sürәtini azaltmadan, saman tayasına girdi. Sanki böyük bir
partlayış oldu – saman әtrafa sәpәlәndi. Levretka da daxil olmaqla
(heç kәs onu it yerinә saymırdı, hәşәrat gözündә görürdülәr)
hamı dayandı, heç kәs cınqırını çıxarmırdı. Şükür Allaha, partlayış
sәsi eşidilmәdi. Maşın tamamilә samanla örtülmüşdü. Bir azdan
uğursuz sürücü asqıra-asqıra, öskürә-öskürә kәnara çıxdı, elә bil
almadan qurd çıxırdı…

İkinci әhvalatın dramatizmi azdır, burada qәtiyyәtli davranışın
cazibәsi dә yoxdur. Bu, daha çox, refleksiyadır, yuxudur. Bu
hay-küysüz hadisә başqa yerdә, әsasәn rusların mәskunlaşdığı
kәnddә baş vermişdi. Qohumlarım sonradan bu kәndә köçmüş,
mәn dә burada doğulmuşdum. Birinci әhvalatın üstündәn çox
keçmişdi. Ola bilsin, İosif kimi, Musa da az qala ölümsüz imiş,
ya da bu, onun özü yox, nәvә-nәticәlәrindәn biriydi. Bәlkә dә,
xidmәt personalı bu çöllüklәrdәki ilk xarici maşını göz bәbәyi
kimi qoruyub-saxlamışdı. Belә ki, hәmin maşın on doqquzuncu
yüzilliyin yetmişinci illәrindәn iyirminci әsrin әvvәllәrinә kimi
işlәdi. Bizim Nikola kәndi dә o vaxtlar salınmışdı. Onda kәnd
“Strepetovka”adlanırdı.

Qocalardan eşitdiyimә görә, әhvalat belә olmuşdu. Bir dәfә
gecә vaxtı kәndimizdә qoşa ulduz görünür. Yayın sonları idi,
artıq gecә düşmüşdü. Çöldәn evә qayıdan inәklәri sağmışdılar,
bütün günü ora-bura qaçan uşaqları vә quzuları sayıb, yerbәyer
elәmişdilәr. Kәnd yatmağa hazırlaşırdı. Birdәn-birә hamı bir-
birinә dәydi, çaxnaşma düşdü. Kәndin üstündәn aritmiyaya bәnzәr
bir hava keçdi: qarşıdakı tәpәnin üzәrindә iki parlaq işıq göründü.
Tәpәnin o üzündә “Zarmata” adlı başqa bir kәnd yerlәşirdi.

101
   96   97   98   99   100   101   102   103   104   105   106