Page 102 - pryaxin
P. 102
rgi Pryaxin
Belә baxanda, burada qәribә heç nә yox idi: Nikolanın dörd
tәrәfi qoyun yataqları, ağıllar vә köç sürülәri ilә dolu idi. Amma…
işıqlar hәrәkәt edirdi!
Aşağıya doğru hәrәkәt edәn işıq seli mal-qoyun sürülәrinin
ardınca yavaş-yavaş, sәssizcә torpağa enәn xәfif toz pәrdәsini
yarıb kәndә doğru gәlirdi. Hәrәkәt edirdi! Sәssizcә, dayanmadan,
rәvan şәkildә! Adama yuxu kimi gәlirdi. Göylәrdәn hansısa
qüvvәnin endirdiyi iki yanar kürә, iki zond düz Strepetovkanın
üzәrinә irәlilәyirdi. Yeri gәlmişkәn, kәndin adı yay aylarında
әtrafda yuva qurub mәskunlaşan gözәl, yaraşıqlı quşların adından
götürülmüşdü. Sol tәrәfdә, on kilometr aralıda “Dudak” adlı
başqa bir kәnd dә vardı – onun adı da burada yaşayan çöl quşu
dudakın adından alınmışdı. Strepetovkanı “Strepetovka”
adlandırırdılar, amma Dudakovkaya hamı “Durakovka” deyirdi.
Sәrxoşluqdan ayılmayan nahiyә mirzәsi belә, bu kәndin adını
düz yazmırdı. Odur ki (yazıya pozu yoxdur), qısa olsun deyә
durakovkalıları sadәcә “durak1” adlandırırdılar.
Neylәmәli, onlara “ağıllı”demәk istәyәn yox idi…
1905-ci ildә hәr iki kәnddә, eyni vaxtda, camaat bir yerә
toplandı. Günümüzә qәdәr gәlib çatmış rәsmi kağızlara görә,
Strepetovka camaatı sadiq tәbәә vә tәdbirli insanlar kimi
hakimiyyәtdәn xahiş etmişdi ki, kәndin adı dәyişdirilib, “Niko-
lo-Aleksandrovskoye” qoyulsun. Hökmdarın vә onun atasının
(mәhz onun icazәsi ilә Böyük Prikumyenin torpaqsız kәndlilәri
bu yerlәrә köçmüşdülәr) adaşı olan Nikolay Uqodnikin xәtrinә.
Belәcә, kәndlilәr özünü işә saldı. Nikolo-Aleksandrovskoye –
iyirmi-iyirmi beş ildәn sonra başqa cür fikirlәşәnlәri vә hәrәkәt
edәnlәri sürgün etmәk üçün bolşeviklәr bundan münasib yer tapa
bilәrdimi?
Qonşuları onlardan tәdbirli davrandı.
“Kәndimiz “Dudakovka” (nahiyә mirzәsi bu sözü dәfәlәrlә
pozub, tәzәdәn yazmalı oldu – kәndin adını düz yazmadığına
görә kәndlilәr az qala dәrisini boğazından çıxaracaqdılar) adlanır,
ona görә dә qonşularımız bizә nalayiq lәqәb qoşublar…”, –
onların hökmdara yazdığı kollektiv mәktubda deyilirdi. – Bununla
1durak – axmaq (rus)
102