Page 104 - pryaxin
P. 104
rgi Pryaxin
Nә isә, rahat nәfәs aldıq. Qadınlar artıq öküzlәri tәlәsdirmirdilәr.
İndi nә qәdәr yavaş getsәk, o qәdәr yaxşı idi: qoy yaramaz,
sәrxoş mujiklәr uzaqlaşsın. Ağır-ağır nәfәs alan öküzlәr bir qәdәr
dayanıb, yenidәn yola düzәldi. Dudakovkaya sәhәr saat dörd
radәlәrindә çatdıq. Mәnә elә gәlirdi ki, cәnnәtә düşmüşük: yolun
kәnarlarındakı arxboyu nәhәng söyüd ağacları bitmişdi. Bulud
kimi qatı duman sanki ağacların çәtirinә ilişmişdi. Söyüd
ağaclarından birinin altında bir dәstә qaz yatırdı. Qazlar başlarını
gümüşü qanadlarının altında gizlәtmişdilәr deyә daha ağır, daha
çәkili görünürdülәr. Günәşin ilk, tutqun şüaları ağacların arxasında
gizlәnmiş daxmaların kiçik pәncәrәlәrini yenicә işıqlandırmağa
başlamışdı. Pәncәrәlәr indi qәnimәt kimi әlә keçirilmiş akkordeonun
şirmayı dillәrini xatırladırdı. Anamın isti yun örpәyini üstümә
çәkib, ağzınacan dolu isti un kisәsinin üstündә uzandım, yenidәn
gözümә yuxu getdi. O vaxtdan bu yana Dudakovkada olmamışam.
Hәrdәn mәnә elә gәlir ki, bizim bu bürküdәn boğulan çöllükdәki
hәmin bәrәkәtli yerlәri, Çexovun Yeqoruşkası sayağı, yuxuda
görmüşәm.
Bizim axmaqlar niyә dә cәnnәtdә yaşamasın?
Bir az aralıda Semibuqrovka xutoru yerlәşirdi. Prozaik
insanlar, kәndlilәr başqa ad fikirlәşib tapmamışdılar. Guya kәndi
әhatә edәn yeddi tәpәyә görә. Amma bu yerlәrdә doğulub boya-
başa çatmış yazıçı, rәhmәtlik Vasili Petroviç Roslyakov (o, bala
çoban kimi Kuma çayından tutmuş, bu torpaqlara qәdәr hәr
tәrәfi qarış-qarış gәzib-dolaşmışdı) Moskadakı Әdәbiyyatçılar
restoranında oturarkәn, otların arasında torağay yuvasını xatırladan
hәmin kәndi başqa cür adlandırırdı: “Sinebuqrovka”. On-on beş
daxmadan ibarәt olan kiçik kәndi әhatә edәn, yovşan basmış
yeddi yaşıl tәpә.
Beş il bundan qabaq yerlim vә dostum Mixail Rudakovla
birgә, “Volqa”da gedirdik. Sәhәr vaxtı idi, maşını ot basmış yol-
ayrıcında, ucsuz-bucaqsız çöllüyә sarı uzanan yolda saxladıq.
Mişa sağ tәrәfdәki mavi, yaşıl, şәffaf, bomboş torpaqları göstәrib
dedi:
– Bax, Sinebuqrovka burada yerlәşirdi.
104