Page 108 - pryaxin
P. 108
rgi Pryaxin
laşmış qohumları Şan-Gireyin nәslindәndir, onlar da bir vaxtlar
burada – Qafqaz dağlarının әtәyindә yaşayıblar…
Piterdәn gәtirilmiş mütәxәssis (indinin özündә dә әn yaxşı
şeylәri Piterdәn sifariş edirlәr) öz işinin öhdәsindәn gәlә bilmәmişdi?
Yoxsa avtomobilin elektrik fәnәrlәrinin işığı zәif idi? Bәlkә,
uşaqlıqdan bu yerlәrdә at çapan knyaz uzağı yaxşı görә bilmirmiş?
Şlyapasını әlindә tutan xoşbәxt kәndli niyә belә sәxavәtlә
mükafatlandırılmışdı? Fikirlәşirәm ki, buralarda şlyapa qoyan
yeganә kәndli o imiş. Niyә hәmin kәndlini arvadı kütlәdәn
uzaqlaşdırıb mәhz bizim hәyәtә salmışdı? Knyaz әvvәllәr gizlicә
bu evdә gecәlәmәmişdi ki? – Cavan vaxtlarında, itiayaqlı axaltәkә
atının belindә bu yerlәri dolaşarkәn. Tәkrar edirәm, mәnim әkinçi
vә ya çoban babama nә әcәb bu qәdәr pul verilmişdi?
Bizim nәsil öz gözәl qızları ilә seçilir.
Nәnәmin anası Akulina Stepanovnanın şәklinә baxıram.
Çoxsaylı ailә üzvlәrinin әhatәsindәdir. Şәkildә tәkcә әri yoxdur –
görünür, dünyasını dәyişәndә hәlә fotoaparat icad olunmayıbmış.
Akulina nәnәnin yaraşıqlı üz cizgilәri gözәl qәdd-qamәti ilә
qәribә bir ahәng yaradırdı. Elә qadınlar var ki, gözәl simasına
baxıb ikona çәkmәk olar. Onun işıqlı çöhrәsi on dörd gecәlik ay
kimiydi. Amma ikonanı adәtәn mәlum zümrәnin nümayәndәlәrinә
baxıb çәkirlәr. Amma nәnәm rus qadını idi. Morşansk, Leskov,
Melnikovo-Peçorsk torpaqlarının havasını udmuş, suyunu içmiş
gözәl Yelena…
Ulu nәnәm yetmiş dördüncü, ya da yetmiş beşinci ildә
doğulmuşdu: bәşәriyyәti böyük müsibәtlәrә düçar edәn, ona
qәnim kәsilәn dördayaqlıların peyda olduğu illәr idi. Ümumiyyәtlә,
Nikolaya tәrәqqi ya yuxuda, ya da yuxu kimi gәlirdi. Mәsәlәn,
mәn hәlә dә başa düşmürәm, “xatırlamaq” istәdiyim mәnzәrәni
hәyatda görmüşәm, yoxsa yuxuda. Yaşım artdıqca yuxu ilә
gerçәklik arasındakı sәrhәd dә itir. Ayırd etmәk çәtinlәşir. Bu,
dәnizdә vә ya çöllükdәki üfüq kimidir. Adama elә gәlir ki, üfüq
qımıldanır, yerlә göy birlәşib. Qız kirpiklәrinin xәfif titrәyişi.
Görünür, insan qocaldıqca varlıqla yoxluq arasındakı sәrhәdlәr
dә itir, şәffaflaşır. Ümumiyyәtlә, filosof Merab Mamardaşviliyә
108