Page 110 - pryaxin
P. 110
rgi Pryaxin

***

Aşağıda bәhs edәcәyim әhvalat qәbiristanlığın yaxınlığındakı
әydәmli yamacda baş verib. Düzü, bilmirәm, gerçәkdә olub,
yoxsa yuxuda görmüşәm… Burada ilk dәfә tәyyarә görәndә
beş-altı yaşım olardı. Özü dә bu, zarlı qanadları ağacdan düzәldilmiş
kiçik tәyyarәlәrdәn deyildi. Böyük tәyyarәydi – ikimotorlu, bәlkә
dә, üçmotorluydu, metal qanadları o qәdәr iri idi ki, baxanda
adamın gözü qaralırdı. Pilotların kabinәsi, onun şәffaf plastikdәn
düzәldilmiş lükü nәdәnsә tәyyarәnin burun hissәsindә yox, az
qala orta nahiyәsindә yerlәşirdi. Әn maraqlısı pilotlarla bağlı
tәәssüratımdır – tәyyarәnin pilotları qızlar idi. Xәyallarımızdakı
qızlar yox, hәqiqәtәn dә, uçan qızlar.

Uçan qızlar!
Kombinezon geymiş boy-buxunlu, yaraşıqlı dörd qadın.
Alınlarına doğru sürüşdürdüklәri iri gözlüklәrә baxanda, istәr-
istәmәz, onları yerә oturmuş nәhәng iynәcәlәrә oxşadırdın. Bәlkә
dә, bir vaxtlar yolu buradan düşmüş piterli mütәxәssisin xәlәflәri
idi: bu da sizә nәslin tәrәqqisinin әyani sübutu. Qadınlardan әn
gözәli kinematoqrafik әdayla şlemini çıxardı, gur qısa saçları
üzünә dağıldı. Başını işvәylә yellәyәndә, saçları halә kimi qövs
cızdı. Qadın güldü. Tәyyarәdәn xeyli aralıda dayanmışdım.
Cavabında mәn dә gülmәyә başladım.
Bağların, evlәrin üzәrindә dövrә vuran tәyyarәnin yerә enmәsi
o qәdәr uzun çәkmişdi ki (belә şeylәri yalnız yuxuda görmәk
olardı), kәnd uşaqlarının hamısı toplaşmağa macal tapmışdı.
Sanki tәyyarәnin burada yerә enәcәyini bizә әvvәlcәdәn xәbәr
vermişdilәr.
Sәn demә, qәza enişi imiş. Әllәrindә qayka açarları tutmuş
qadınlar qabarıq lükdәn bayıra çıxdılar vә iki gün elә burada,
qәbiristanlığın yaxınlığındakı yamacda gecәlәdilәr. Biz sinklәnmiş
bidonlarda evdәn onlara süd gәtirirdik. Buna baxmayaraq, bizi
tәyyarәnin içinә buraxmadılar. Pilot qadınlar tәyyarәni tәmir
edib yenidәn havalandılar. Mәn, әlimdә süd bidonu, gәlib çıxanda
onların izi-tozu da qalmamışdı. Sәmada halә kimi görünәn üç
propellerin әhatә etdiyi kiçik bir nöqtә görünürdü, vәssalam.

110
   105   106   107   108   109   110   111   112   113   114   115