Page 114 - pryaxin
P. 114
rgi Pryaxin

elә gәlirdi ki, bu cür adamlar motorsuz da uça bilәr – çünki
onların sinәsindә öz motorları olur (Petya sonralar bunu sübut
elәdi).

Petyanı Xruşşovun fәrmanı ilә tәrxis etmişdilәr. O, oxuduğu
mәktәbin kollektivi ilә görüşә gәlmiş, elә o vaxtdan burada
bәdәn tәrbiyәsi müәllimi işlәmәyә başlamışdı. Petya tez-tez yaxın
zamanlarda sәs baryerinin aşılacağı ilә bağlı söhbәtlәr elәyirdi.
Bunu eşidәn mәktәbli qızlar kütlәvi şәkildә idman seksiyalarına
yazılmağa başladılar. Evli Petya mәktәb bağçasında bu qızlardan
birinә necә dәrs vermişdisә, qız başını götürüb kәnddәn çıxmış,
bir aydan sonra, qanuni nikahda doğmaq üçün on altı yaşında әrә
getmәli olmuşdu.

Әlbәttә, özümә әmin deyilәm, odur ki, çox zaman başqalarının
sözünә inanmalı oluram: uşaqlıqda anginadan әziyyәt çәkirdim.
Bәdәnimi soba kimi o qәdәr qızdırırdılar ki, temperaturum az
qala qırx dәrәcәyә qalxırdı. Bu vәziyyәtdә, Allah bilir, gözümә
nәlәr görünüb, qarabasmaların әlindәn nәlәr çәkmişәm. Amma
mәnә elә gәlir ki, hava döyüşünü öz gözlәrimlә görmüşәm. Özü
dә kәndimizin sәmasında. Motorların nәriltisi, böyük sürәtlә
alçaqdan uçan tәyyarәlәr… Tәyyarәlәrdәn biri o birindәn böyük
idi, uzun, düzbucaqlı qanadları vardı, ikinci tәyyarә kiçik, çevik,
ağcaqanad kimi qarayaxaydı. Birinci tәyyarәnin arxasınca uzanan
kәndirә lövhә bağlanmışdı, yerdәn baxanda tәyyarә çәrpәlәngә
oxşayırdı. Ağcaqanad sanki bu tәyyarәni yox, onun arxasındakı
lövhәni tәqib edirdi. Hәdәf. Ağcaqanad zәhәrli neştәrini işә
salmışdı – arası kәsilmәyәn pulemyot atәşi faner lövhәni dәlmә-
deşik etmişdi. Bir azdan bir-biri ilә çarpışan tәyyarәlәr Noqay
çölünün üzәriylә uzaqlaşıb gözdәn itdilәr. Göy üzünә baxa-baxa
qalmışdım, heyrәtdәn dilim söz tutmurdu, bu sirli-sehrli görüntülәr
mәni tamamilә çaş-baş salmışdı.

Görünür, gülәrüz Petka tәkcә qızları yox, oğlanları da başdan
çıxara bilirdi.

Mişka Podsvirov isә 1937-ci ildә Tanrıya qovuşduğu üçün
Stalinlә görüşmәyә müyәssәr olmadı. İosif Vissarionoviç, başqaları
kimi, onun da hәyata göz yumması üçün әlindәn gәlәni etdi…

114
   109   110   111   112   113   114   115   116   117   118   119