Page 119 - pryaxin
P. 119
Xəzər yuxuları
qalxa bilmәdim. Zәhәrlәnmişdim. – Kuban çayının suyu kimi
parıldayan gözlәri ilә bizi başdan-ayağa süzdü.
Cavabında biz dә nәzakәtlә gülümsәdik. Onu başa düşmәk
olardı: artıq Rusiya istehsalı olan şüşәlәrin tıxacını da yerinә
bәrkitmәk olmur. Açdınsa, içmәlisәn. Heyifdir. Ümumiyyәtlә,
ruslar çox şeyә heyifsilәnir…
Qadın niyәsә “qәdәh” yox, “stәkan” deyirdi. Ürәyimdә ona
qibtә elәdim: sәksәn dörd yaş vә stәkan?!
– O, bu yaxınlarda öldü, – qadın kәdәrli sәslә dedi.
– Kim?
– Naryan-Mardan gәlәn jurnalisti deyirәm. Onunla zәnglәşirdik.
Mәnә mәktub yazırdı…
“Mәktub? Bütün bunlardan sonra?”.
– Nuş elәyin. Zәhәrli deyil, – qadın birdә-birә nәyisә
xatırlayıbmış kimi ucadan dedi.
Hamımız qalxıb әdәb-әrkanla badәlәrimizi xanımın “stәkan”ı
ilә toqquşdurduq.
– Rus silahının şәrәfinә! – xanım dedi.
İçmәmәk günah olardı. Әn yaşlımız müharibә iştirakçısı idi.
Müharibәyә on yeddi yaşında könüllü getmişdi. Yaralanmışdı,
Böyük Vәtәn müharibәsi әlili idi. Ona qәdәr boyu iki metrә
çatan, bu cür qәdd-qamәtli әlil görmәmişdim. Sovet ordusunun
kapitanı iyirmi yeddi yaşında Baş Kәşfiyyat İdarәsinin Vyanadakı
tәmsilçisi tәyin olunmuşdu. Mәn iki il hәrbi inşaat dәstәsindә
xidmәt etmişdim. Moskva әtrafında ikinci havadan müdafiә
halqasının qurulmasında mәnim dә әmәyim var. Heyif ki, indi
hәmin qurğulardan әsәr-әlamәt qalmayıb. Yaşda bizdәn kiçik
yoldaşımız ikili vәtәndaşlığı olan cavan oğlan idi. O, “Kәşfiyyatçının
qәhrәmanlığı” filminin rejissorunun oğluydu. Hәrә özünә görә
iş-güc sahibiydi. Niyә dә içmәyәsәn?
Qadın bizdәn xahiş etdi ki, Anton İvanoviçin nәşinin Moskvada,
Don qәbiristanlığında dәfn olunmasına kömәklik göstәrәk. Neçә
il idi, generalın qәbrinin köçürülmәsi haqqında söz-söhbәt
sәngimirdi. Qәbrin köçürülmәsinә hamı razı idi, amma heç kәs
әlini ağdan-qaraya vurmurdu. Nikita Mixalkov da kömәk elәmәyә
söz vermişdi, ancaq, görünür, vaxt tapmırdı…
119