Page 120 - pryaxin
P. 120
rgi Pryaxin

– İstәyirәm, qәbir mәnim sağlığımda köçürülsün. Öz gözlәrimlә
görmәk istәyirәm.

– Bәs ananız nә vaxt rәhmәtә gedib? – Söhbәti dәyişmәk
üçün soruşdum: Nikita Sergeyeviçin әlindәn heç nә gәlmirdisә,
biz neylәyә bilәrdik?

– On beş il bundan әvvәl. Dünәn qәbiristanlıqdan zәng
elәmişdilәr: qәbirüstü xaç ovulub-tökülür. Tәmir etmәk lazımdır.
Bilmirәm, hardan pul tapacağam, axı mәn fransızların verdiyi
tәqaüdlә yaşayıram. Anamın yanında özümә qәbir yeri almışam.
Professor әrimin sağlığında pis yaşamırdıq. Yeri gәlmişkәn, o,
korsikalı idi, – qadın başıyla Versal tәrәfә işarә etdi, – qırx il
әvvәl onun istәyi ilә Parisdәn gәlib, buraya yerlәşdik. Bu mәnzili
dә o alıb… Qәbir yerini saxlayıram. Gözlәyirәm…

“On beş il әvvәl. Demәli, yaşı doxsanı ötüb – hәr halda, on
beş yaşında doğmayıb. Gözәgәlimli adamlardır, özü dә, tәkcә ata
tәrәfdәn yox…”

Yenә içki tәklif etdik, çünki bu sözlәrdәn sonra içmәmәk
olmazdı, amma imtina elәdi.

– Bunini tanıyırdınız? – ondan soruşdum.
– İvan Alekseyeviçi? Әlbәttә. Atama bağışladığı kitablardan
birinin sәhifәsindә, bilirsiniz, nә yazmışdı? “General Denikinә
filan ilin filan ayı, filan günündә sizin üçün hәyatından keçmәyә
hazır olan insandan…”
Qadın yenidәn uzun-uzadı bizi başdan-ayağa süzdü.
İyirmi il bundan qabaq, yәqin ki, elә onun özü üçün dә
hәyatından keçmәyә hazır olanlar vardı.
Qalxıb getmәyә hazırlaşdıq: qoy fikirlәşmәsin ki, qonaqpәr-
vәrliyindәn sui-istifadә edirik.
– İcazә verin, sizi öpüm! – o da kreslosundan qalxıb bizә,
daha doğrusu, çalsaçlı, eşmәbığlı keçmiş döyüşçüyә sarı yönәldi.
İki metr boyu olan müharibә iştirakçısı qadını ehtiyatla qucaqlayıb,
üzünü onun boyalı dodaqlarına yaxınlaşdırdı. Xanım barmaqlarının
ucuna qalxıb, ruslarsayağı, onu üç dәfә öpdü.
Onun xahişi bizә aid olmasa da, sıraya düzülüb, öz növbәmizi
gözlәyirdik. Qadın yüngül tәrәddüddәn sonra bizimlә dә rus
adәti ilә vidalaşdı. Üstәlik, kandarda ayrılarkәn üstümüzdә xaç
çevirdi.

120
   115   116   117   118   119   120   121   122   123   124   125