Page 123 - pryaxin
P. 123
Xəzər yuxuları
yerә enәndә olduğu kimi. Bәlkә, onlar bizdәn dә çox tәsirlәnib.
Çünki faytonda oturan yadplanetli yox, onların öz hәmkәndlisi,
әsl morşansklı idi. Sevincindәn yerә-göyә sığmayan, özünә yer
tapmayan arvadı onu görәn kimi tanıyıb. Ulu nәnәmin babası
özüylә yüngül minik arabası da gәtiribmiş. O, daha heç kәsdәn
gizlәnmir, çәkinmirdi, çünki adamı faytondan düşürüb, haqq-
hesab çürüdә bilmәzdilәr: mәlum olduğu kimi, qaliblәri nә
mühakimә edir, nә dә döyürlәr. Ailәsini götürüb geri qayıtdı. Ulu
babamın qocalmış, amma hәlә canısulu ata-anası, bircә anda
sanki on il cavanlaşmış arvadı (o, mәktәbli qız kimi әllәrini
gizlәtmәyә çalışırdı, çünki nә az, nә çox, düz on il keçmişdi –
әllәri ağır zәhmәtdәn qabar bağlamışdı, damarları çıxmışdı) vә
cavan oğlan – Melanyanın gәlәcәk atası, yәni mәnim ulu babam
birlikdә yola düşdülәr.
Oğlanın adı Longin idi, nәnәmin soyadı da burdandır –
Melanya Longinova. Babamın adı Vladimir Longinoviçdir, amma
ulu babamın adını, yәqin ki, heç vaxt öyrәnә bilmәyәcәyәm:
soruşmağa adam qalmayıb.
Yazbaşı havalar soyuq keçsә dә, kişi kәndә “kubanka” adlanan
papaqda gәlmişdi: bu söz quzu dәrisindәn tikilmiş qulaqlı papağın
qısaldılmış formasıdır. Ancaq doğma-yad kişi kәndlilәrә şәstlә
izah etdi ki, başındakı “kubanka” deyil. Çünki general papağısayağı
qızılı qaytanla süslәnmişdi, yuxarı hissәsi Kuban kazaklarınınkı
kimi qırmızı yox, Terek kazaklarınınkı kimi göy rәngdәydi.
– Çar da bu papaqdan qoyur, – kişi gop elәmәkdәn özünü
saxlaya bilmәdi.
Gümüş işlәmәli qara kәmәrindәn böyük bir xәncәr asılmışdı,
uzaq cәbhәlәrdә vuruşan “Vәhşi diviziya”nın әsgәrlәrinә oxşayırdı.
Әsl qaçaq-çarizm despotizminin qaçaq düşmüş tәbәәsi. Azadlığın
nә olduğunu bilәn, dәliqanlı, әtә-qana gәlmiş, bәrkә-boşa düşmüş
yetkin kişi. Görkәmindәn varlı-hallı adam olduğu bilinirdi. Onun
sarışın, çilli (sanki daha möhkәm olması üçün onu qabaqlamışdılar)
rus fizionomiyası ilә bu dәbdәbә bir-birinә heç uyuşmurdu.
Bunlar, ümumiyyәtlә, bir-biri ilә yola getmir: hәmişә barrikadanın
әks tәrәflәrindәdirlәr – ya sәn onu mәhv edirsәn, ya da o, sәni
qandallayır.
123