Page 127 - pryaxin
P. 127
Xəzər yuxuları

Allah qorusun! Mәn öz doğma babamın nәvәsi olmaq
istәmәzdim (axşam mәktәbini qızıl medalla bitirsәm dә). İstәnilәn
halda, xarakterlәrindәki bәzi kәm-kәsirә (yәqin, ailәvi qüsurlardır)
baxmayaraq, nәvәlәrimlә bu şәkildә davranmıram. Uşaqlara әl
qaldırmağı isә, ümumiyyәtlә, ağlıma gәtirmirәm – lazım gәlsә,
özlәri mәnim boynumu sındırar.

Qocalar illәrlә, on illәrlә topladıqları әşyaları özlәriylә tәzә
mәskәnә aparmaq istәyirdilәr. Әllәrinә keçәn hәr şeyi arabalara
yüklәmәyә çalışırdılar. Amma yola çıxmağa az qalmış, axşamtәrәfi
oğul arabaya göz gәzdirib qocaların topladığı әşyaların yarısını
kәnara atdı. Sәhәr tezdәn uzaq yola çıxacaqdılar deyә, yatağa tez
uzanmışdılar. Ata-ana gecәnin bir alәmindә oğullarının tulladığı
әşyaların hamısını yenidәn toplayıb arabaya qoydular. Oğullarının
xәbәri dә olmadı: sübhçağı araba asta-asta, cırıltılı sәslәr çıxararaq,
doğma kәndin içiylә uzaqlara üz tutdu.

Qocalar sәssizcә ağlayırdılar, yaxşı ki, “xvayton”da yox,
axırda gedәn yük arabasındaydılar – onları heç kim görmürdü.
Özlәri bu arabaya minmәk istәmişdilәr: belә daha rahat idi. Elә
bilirdilәr, onlardan savayı, bu әşyalara göz-qulaq olan yoxdur.
Hәm dә, kim bilir, bәlkә, haçansa geri qayıtmalı oldular…

Morşansklı qocaların ağlaşması haqqında rәvayәtlәr dolaşır –
Melanya nәnәdәn eşitmişәm. Deyilәnә görә, iki hәftә yol gediblәr,
nәhayәt, oğulları onları çöllükdәki bir daxmaya gәtirib çıxarıb.
Külәşdәn vә gildәn tikilmiş bir daxma. Hamı yorulub әldәn
düşdüyündәn, dәrhal uzanıb yatmağa qәrar veriblәr. Amma
qocalar gecәyarısı әlhavasına bayıra çıxıb daşların üstündә
oturublar. Burada cavan evlilәr kimi çiyin-çiyinә verib astadan
ağlayıb-sızlamağa başlayıblar:

– Haralara gәlib-düşdük!.. Ev-eşiyi kimә qoyub gәldik?.. Bu
torpaq daxmada nә işimiz var? Nәmli qәbirә oxşayır… Nәfәs
almaq olmur…

Düzdür, qocalar bir az yanılırdılar – yay aylarında bu yerlәrdә
әmәlli-başlı quraqlıq olurdu. Nәmişlikdәn әsәr-әlamәt olmurdu.

Onlar belәcә, sәhәrә kimi oturub, öz talelәrinә ağlayıblar.
Deyilәnә görә, bu zaman göy üzündә әsrarәngiz, parıltılı göz
kimi görünәn Ay Asiya çöllәrini nura boyamışdı.
Ay da sanki onların dәrdinә şәrik olmaq istәyirdi…

127
   122   123   124   125   126   127   128   129   130   131   132