Page 132 - pryaxin
P. 132
rgi Pryaxin
sınıq-salxaq skamyada bir neçә qoca kişi vә qarı oturmuşdu.
Dilәnçi deyildilәr – burada sәdәqә verәn yox idi. Yerlilәr idi.
Maşını saxlayıb, onlarla salamlaşdım.
– Sala-a-am… – cavabında sönük, inamsız sәslәr eşitdim.
– Kәndinizdә filan soyadda adamlar var? – öz soyadımı de-
dim.
Qocalar vә qarılar sual dolu baxışlarla üzümә zillәndilәr.
– Yoo-ox, yoxdur.
– Bәs Rudnevlәr? – Nәnәmin qızlıq soyadını dedim.
Qısa müzakirә eyni nәticәni verdi:
– Yo-ox…
Solğun gözlәrdә maraqdan çox, inamsızlıq ifadәsi vardı. Boş,
adamsız küçәdә “Volqa” süfrәyә qonmuş peyin milçәyinә oxşayırdı.
Bir ayağımı qaldırıb, birini qoyurdum. Morşansk haqqında heç
nә demәk istәmirdim. Qızım gözlәrini yumub yatır, amma bunlar,
deyәsәn, gözüaçıq uyuyurlar.
– Bәlkә, kәndә dincәlmәyә gәlәnlәrdәndir? – qarılardan biri
halıma acıyaraq, ehtimal yürütdü.
– Buraya moskvalılar da gәlir? – Tәәccübümü gizlәdә bilmә-
dim.
– Gәlir, gәlir, – hәmin gümrah qarı könülsüz cavab verdi.
Belә çıxırdı ki, әcdadlarımın vәtәnindә mәni dincәlmәyә
gәlmiş moskvalı kimi qәbul edirlәr. Kilsә divarının yuxarı hissә-
sindә xaçdan başqa, kәrpic hörgüsü ilә “1856” yazılmışdı. Demәli,
bu savab işdә mәnim babalarım da iştirak edә bilәrdi.
– Burada başqa hansı kәndlәr var? – Onlardan soruşdum.
– Var, odur, o kәndin adı Sosnovkadır, – kilsәnin o tәrәfindәki
evi göstәrdilәr.
– Böyük kәnddir?
– Böyük kәnd idi, indi yalnız o daxma qalıb…
Sosnovka… Әlbәttә, Sosnovka! Bunu necә unutmaq olardı?
Beynimdәki lazımi nöqtәlәr qıcıqlanan kimi, bu adı xatırladım.
Bu adı nә vaxtsa xatırlayacağımı güman etmirdim. Sosnovka…
Maşınla böyrü әyilmiş evin yanından keçib әkin yerinә gәldik.
Meşә zolağının o tәrәfindәn geniş yol keçirdi. Çovdar hәlә yetiş-
132