Page 134 - pryaxin
P. 134
rgi Pryaxin
dizә çıxırdı, elә buradaca plastmas stәkanları çıxarıb tәmizlәnmәmiş
araq qoxuyan (görünür, burada mәhsul itkisinә yol verilmirdi)
“Osenniy sad” süzdük.
– Morşansklıların şәrәfinә! – Stәkanlarımızı toqquşdurduq.
Ehh… Nә vaxtsa gön-dәri istehsalı mәrkәzi, keçәçilәr, dәri
aşılayanlar vә deyәsәn, hәm dә avaragor tәnbәllәr şәhәri. Şәhәrcik
keçmişdә xәzәrlәr ölkәsindәki әyalәt qәsәbәlәrini xatırladırdı.
Vaxtında oturaq hәyata keçmiş yerli gözәllәr hökmlü tәsәrrüfat
sahiblәrinә çevrilmişdilәr, uşaqların atasını gecә-gündüz әmәyә
sövq edirdilәr: qızlar vә arvadlar, mәlum olduğu kimi, eyni rәngi
müxtәlif cür görürlәr, iy-qoxu haqqında isә heç danışmağa
dәymәz…
İçalat kolbasasını üç yerә böldük – bir hissәsi sürücü Slavanın
payına düşdü.
Toqquşdurduğumuz araq stәkanlarından sәs çıxmadı, casuslar
kimi kirimiş hәrәkәt edirdik. Sanki stәkan toqquşdurmadıq. Qızım
yenә yatırdı. Çaşıb qalmışdım, bilmirdim bu tozağacı meşәsindә
dua oxuyam, yoxsa deyib-gülüb şәnlәnәm? Dostumla mәn dua
etmirdik, amma şәnlәnmirdik dә.
“Volqa” sürәtlә Moskvaya doğru istiqamәt götürdü, sanki
bağ evindәn, dincәlmәkdәn qayıdırdıq.
…Babalarım Morşanskda sakitcә otursaydılar, heç yana
getmәsәydilәr, bәlkә, onların oğul-uşağını qolçomaq kimi mәhv
etmәzdilәr.
***
Yeni hakimiyyәt onları yaman yerdә yaxaladı. Sәfehlәr köhnә
hakimiyyәtdәn qaçırdılar, amma gedib yeni hakimiyyәtin çәnginә
keçdilәr. Knyaz Musa on yeddinci ildә özünü güllәylә vurub
öldürdü. Onda babam Vladimir Longinoviç işlәr müdiri vәzifәsindә
işlәyirdi – Musanın yanında yox, onun kiçik qardaşının evindә.
Sonradan “Sadovoye” rus adı verilmiş Şangireyevkada. Doğma
134