Page 138 - pryaxin
P. 138
rgi Pryaxin

– Әzizim, baban cavan olsaydı, biz maşın da ala bilәrdik, – o,
sakitcә cavab verdi.

Bir sözlә, bu sonsuz qocalar pul-para sarıdan korluq çәkmirdilәr.
Amma yenә dә…
– Sәnin doğma nәnәn Aleksandra, – kefinin kök vaxtlarında
Mariya nәnә deyirdi, – qızların hamısından gözәl idi…
“Yelka nәnәdәn dә gözәl idi?” – öz-özümә fikirlәşirdim.
– …Amma varlı-hallı babana әrә gedәndәn sonra bizi yadından
çıxardı… Onun “Zinger” maşını vardı, Aleksandra yaxşı pal-
paltar tikirdi…
“Zinger” maşını… İstisna etmirәm, bәzәn maşın almaq hәvәsi
(yәqin ki, “Pobeda” maşını) Çemberlenә cavab vermәk istәyindәn
doğur. Zinger Çemberlenә.
Gözәl olmasan da olar, tәki bәxtin olsun. Aleksandranın mal-
mülkünü әlindәn almaqla kifayәtlәnmәdilәr, üstәlik, özünü dә
Solovkiyә sürgün etdilәr. Nә üçünsә onu Vladimir Longinovla
ayrı-ayrı yerlәrә sürgün etmişdilәr, baxmayaraq ki, işlәr müdiri o
deyildi, әriydi. O, yalnız “Zinger” maşını olan arvad idi, vәssalam.
Amma nәdәnsә mәhz onu cәzalandırmaq fikrindәydilәr. Elә bil
kimsә qәsdinә durmuşdu. Kişini isә Nikolaya yerlәşdirmәklә ki-
fayәtlәndilәr. Hәr şeyini әlindәn aldıqdan sonra başqa keçmiş
qolçomaqlarla birgә, onu konvoyla әlli kilometr uzağa apardılar:
Şangireyevkadan Nikolaya.
Mәncә, nәnәmә dәrs vermәk, onun kübar ruhunu mәhv etmәk
istәyәnlәr Şangireyevkanın adını tәlәm-tәlәsik dәyişdirib Sosnovoye
qoyanlar idi.
Nәnәni aradan götürmәk, yox etmәk, izini-tozunu itirmәk
istәyirdilәr.
Gәrәk gözәl doğulmayasan, çox gözәl doğulasan.
Necә olmuşdu ki, әrli böyük bacının әvәzinә, әrsiz kiçik bacı
Solovkiyә sürgün edilmişdi? Bәlkә, ona görә ki, ağına-bozuna
baxmırdılar. Bәlkә, ona görә ki, sadәcә çox gözәl idi. Mәnә
qәdәr gәlib çatmış ailә fotolarına baxıram, qadın hәlә yeniyetmә
yaşındadır. Mәrkәzdә dayanıb, uzunsov, yaraşıqlı uşaq sifәtindә
xoş bir ifadә var. Gözәldir! Bunu fotoşәkil olmadan da tәxmin
etmәk olardı, böyük bacılarını öz gözümlә görmüşәm axı.

138
   133   134   135   136   137   138   139   140   141   142   143