Page 140 - pryaxin
P. 140
rgi Pryaxin
Onlar xalqı adam yerinә qoymur, insanların qisas hissindәn
dә çәkinmirdilәr. Çeçenlәrin qiyamını yatırmaq üçün hәlә iyirminci
illәrdә, aeroplanlardan istifadә edirdilәr, amma rusları (morşansk-
lıları), lәnәt şeytana, yalnız pulemyotlarla qırıb-çatırdılar.
Bәlkә, ona görә ki, özlәri dә bu xalqın içindәn çıxmışdılar,
bu xalq olmasa da, qonşu xalqın içindәn...
Bәlkә, ona görә ki, inanırdılar: bu fani dünyada, günaha
batmış yer üzündә Tanrını onlar tәmsil edirlәr? Bütövlükdә
olmasa da, minimum, onun cәzalandıran әlini vә ya hansısa
başqa vacib orqanını, hә?
Odur ki, ağına-bozuna baxmadan, gözlәrini qıyıb, tәtiyi çә-
kirdilәr.
Bu halda, bәlkә, yarım әsr sonra Ramon Merkaderin әlinә
keçmiş hәmin alpenştok (televizorda öz gözlәrimlә görmüşәm)
vә Trotskiyә әli çatana kimi onun bütün aşnaları ilә yatağa girmiş
gәnc, çılğın ispanın özü dә tәkcә Stalinin yox, ondan yuxarıda
dayanan ali varlığın uzun әli idi? Onu Sovet İttifaqı Qәhrәmanı
kimi Moskvada, Novodeviçye qәbiristanlığında dәfn elәsәlәr dә.
Trotski iki gün mәnim kiçik vәtәnimdә qalır: köçәri quşları
ovlamaqla gün keçirir. Tәbii ki, o, burada tamamilә tәk-tәnha
deyilmiş. Xarici maşında gәzib-dolaşırmış – ola bilsin, bu, yerli
knyazlardan birindәn müsadirә edilmiş maşın olub. Trotski düz
iki gün maşında yatıb-dincәlib. Yatanda ayaqlarını maşının
pәncәrәsindәn kәnara çıxarırmış. Yәqin, ayağındakı gözәgәlimli
çәkmәlәrini dә müsadirә edibmiş. Doğrudur, onun sürücüsü xarici
deyildi, amma, hәr halda, iki dәfә xalq komissarı vә rәhbәrin
arxasınca Moskvadan düz buralaracan yol gәlmişdi. Sürücü öz
yerindә, iki dәfә xalq komissarı özüylә primus, qazança vә
birnәfәrlik kiçik çadır da götürübmüş. Yemәk üçün әvvәlcәdәn
tәdbir görmәk lazım deyildi: nә öldürdünsә, onu da yeyәcәksәn.
Ümumiyyәtlә, bu uşaqlar lap çoxdan, ilk inqilabi qәlәbәlәrdәn
başlayaraq, komforta, rahatlığa öyrәşmәyә başlamışdılar. Xüsusi
vaqonlar, hәtta xüsusi qatarlar – çarın zirehli eşelonuna görә isә
bir-biri ilә didişirdilәr, – sutkanın istәnilәn saatında düymәni
basıb çağırdıqları qısaәtәkli qızlar (onları “sonetka” adlandırırdılar),
140