Page 142 - pryaxin
P. 142
rgi Pryaxin

sağalmaz xәstәliyә tutulması fikrini heç vaxt yaxına buraxmır,
odur ki, gecә-gündüz Vasyanın bu mәrәzdәn yaxa qurtarması
üçün çalışır, sonuncu qәpiyini dә onun yolunda xәrclәyirdi. Ona
görә dә bütün imkanlarından istifadә edib pul-para qazanmağa
çalışır, hәtta Böyük Torpaqdan buraya ezamiyyәtә gәlәnlәrә öz
evini kirayә verirdi.

Yerlilәr әl-әlә verib mәni üçcә günә ayağa qaldırdılar, hәrçәnd
bu cür diqqәt vә qayğı görәndәn sonra lap bir hәftә dә yataqda
qalmağa hazır idim. Nә isә, bu, başqa söhbәtin mövzusudur…
Yataq xәstәsi olan Vasya hamıdan çox sәy göstәrirdi: bal qatılmış
arağı bibәr tozu qatılan araq әvәzlәyirdi vә axşamtәrәfi artıq
Vasyadan heç nә ilә fәrqlәnmirdim. Bircә fәrqimiz vardı: mәnim
temperaturum vardı, onun – yox. Bundan başqa, mәnә tez-tez
iyirmi dörd nömrәli briket kalmık çayı, içәrisinә iri duz dәnәlәri
atılmış yağlı inәk südü verir, üstәlik, qoyunun iç yağını yedirirdilәr.
Bu da azmış kimi, sinәmi isidilmiş qaz yağı ilә yağlayır, bundan
sonra tük yorğanla üstümü bәrk-bәrk örtür, mütlәq bir fincan isti
keçi südü içirdirdilәr. Südün üzündә üzәn yağ vә piy hissәciklәrini
açıq-aydın görmәk olurdu.

Bu Qara torpaqlarda heyvandarlıqla mәşğul olan yerlilәr
mәni, necә deyәrlәr, çox tәsirli vasitәlәrlә müalicә edirdilәr.
Özüm dә tәәccüblәnirәm, necә oldu ki, mәdәm pozulmadı: görü-
nür, irinli angina bu hәmlәyә, basqına dözmәyib, arxa qapıdan
çıxıb getdi. Deyәsәn, Vasyanın arvadı tәlәsmişdi. Vasya yataq
xәstәsi olsa da, ümidsiz deyildi – arxa nahiyәsinin bir hissәsi
hәrәkәtliydi, bundan istifadә edib çarpayıdan enir, güclü qollarının
kömәyi ilә, imәklәyә-imәklәyә otaqları dolaşa bilirdi. “İmәklә-
yәnlәr” – bir vaxtlar müharibә әlillәrini belә dә adlandırırdılar.

Vasya bu çöllük әrazilәr barәdә müxtәlif hekayәtlәr danışırdı,
mәnim üçün bundan yaxşı dәrman ola bilmәzdi. İldә iki dәfә –
yazbaşı vә payızın әvvәlindә dostları Vasyanı çölә aparır, orada
onu tәk qoyurdular. Burada Vasyanın nә bәlәdçisi olurdu, nә dә
primusu – özüylә yalnız köhnә tüfәng götürürdü. Bu, ona bәs idi:
iki gün sonra qayıdıb gәlәn dostları quş әtindәn hazırlanmış
yağlı-buğlu yemәklәr gözlәyirdi. Ovladığı vәhşi quşları
mәmnuniyyәtlә dostlarına nümayiş etdirәn arıq-quru Vasyanın

142
   137   138   139   140   141   142   143   144   145   146   147