Page 147 - pryaxin
P. 147
Xəzər yuxuları
lәng yazıram, sәtirdәn-sәtrә güc-bәlayla keçirәm, – bu mәlumata
әvvәlkindәn daha çox inanıram. Çünki bir kitabdan oxudum
(yazarkәn fikrimi dağıtmaq üçün daha çox oxuyuram): doqquz
yüz on sәkkizinci ildә Trotski ciddi-ciddi tәklif edirmiş ki,
Qırmızı Meydanda… gilyotin qoyulsun vә hamının gözü qarşısında,
heç cür yola gәlmәyәn insanların, yaramaz әks-inqilabçıların
boynu vurulsun…
1918-ci ildә. “Qanlı” fransız inqilabından yüz il sonra.
***
İndi söz verdiyim kimi, nәslimizin qadınlarının xarakteri
haqqında danışıram.
Götürәk Mariya nәnәni. Çox yaxşı insan olub. Gülәndә dә
әlini ağzına tutardı ki, pis şeylәr fikirlәşmәsinlәr. Bu sakit,
başıaşağı, ağıllı-kamallı qadına baxanda kim deyәrdi ki, әrә
gedәr-getmәz, öz işçisiylә – muzdurla eşqbazlığa başlayıb vә iş o
yerә çatıb ki, evlәnәndәn cәmi bir ay sonra cavan, varlı әrini atıb,
yenidәn әrә gedib – özü dә hәmin muzdura?
Yorğan-döşәyini dәyişmәyә dә ehtiyac olmayıb: yatağı çoxdan
ikiadamlıq idi.
Bәli, işçisinә, soyadı Brixuntsov olan muzdura әrә getmişdi.
Bәli, hәmin bәxti gәtirәn muzdur Kostik babaydı. Dünәnki
sevgililәrin arasına girәn, bulanıq suda balıq tutan Vanka. “Brixun” –
basıb-bağlayan, gopçu lәqәbini ona elә-belә vermәmişdilәr, xalqın
istedadı tükәnmәzdir. Gopçu muzdur, üstәlik, küt gedәn kökә
kimi çopursifәtli… Dayan-dayan, bu yerdә tәlәsmәk olmaz:
xalqın inancında necәdir? Sifәtini çopur basmış adamdan yaxa
qurtarmaq çәtindir. Bir sözlә, bimirәm, bacarıqlı, mәharәtli әllәri
(әllәri dә çopur idi) ilәmi, yoxsa bәdәninin gizlindә olan başqa
yerlәri ilәmi Mariya nәnәnin fәrdi proletarı öz işini görmüşdü –
qadını bәrk-bәrk özünә bağlamışdı. Qadın qoca vaxtlarında belә,
kişinin namını qoruyurdu. Ona hәmişә “Kostik” deyirdi. Yuxarıda
dediyim kimi, uşaqları yox idi. Mәnә elә gәlir ki, Mariya nәnәyә
147